Dövlət torpaq sahəsi ilə birgə mağazanı 26 min manata satdı
Növbəti hərracda 46 dövlət əmlakı özəlləşdirilib. Avtomobillərin əksəriyyəti rəqabətli şəkildə satılıb.İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən martın 7-də keçirilmiş hərracda 1 kiçik dövlət müəssisəsi və obyekti, 45 nəqliyyat vasitəsi özəlləşdirilib.
Xidmətin yaydığı məlumatda bildirilir ki, hərraca çıxarılan dövlət əmlaklarına ümumilikdə 347 sifariş qəbul edilib, bunun 49-u elektron qaydada həyata keçirilib.
Özəlləşdirilən obyekt Şirvan rayonunda yerləşən 27 saylı mağazadır (Torpaq sahəsi ilə birgə özəlləşdirilib). Şirvan şəhəri, 1 May küçəsi, 19 ünvanında yerləşən 292 kv.m sahəsi və 1797.9 kv.m torpaq sahəsi olan mağaza 26 min maata özəlləşdirilib.
Budəfəki hərracda nəqliyyat vasitələrinə maraq böyük olub və avtomobillər rəqabətli şəkildə satılıb. Belə ki, ilkin satış qiyməti 7 800 manat olan “Land Rover” markalı avtomobilə edilən ən son təklif 22 000 manata yüksəlib. Bundan başqa, ilkin satış qiyməti 5 500 manat olan “QAZ 3302-14” markalı nəqliyyat vasitəsi 12 055 manata satılıb.
7 mart hərracında satılan əmlaklar üzrə dövlət büdcəsinə 323 760 manat vəsaitin ödənilməsi nəzərdə tutulur. Hərracda özəlləşdirilən əmlakların siyahısı ilə buradan tanış olmaq mümkündür: (https://clck.ru/33ihWp)
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
3 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
3 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
3 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
5 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 5 saat əvvəl
-
5 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)





