"A-Qroup Sığorta Şirkəti"nin xalis mənfəəti 18 dəfə azalıb
"A-Qroup Sığorta Şirkəti" ASC 2022-ci ili 57 min 190 manat xalis mənfəət ilə başa vurub. Şirkət 2021-ci ili 1 milyon 13 min 75 manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, 2021-ci illə müqayisədə 2022-ci ildə "A-Qroup Sığorta Şirkəti"nin xalis mənfəəti təxminən 18 dəfə azalıb.
Marja.az xəbər verir ki, 2022-ci ildə "A-Qroup Sığorta Şirkəti"nin cəmi əməliyyat gəlirləri 22 milyon 48 min manat, xəmi əməliyyat xərcləri 21 milyon 977 min manat, əməliyyat mənfəəti 71 min 488 manat təşkil edib.
Müqayisə üçün qeyd edək ki, 2021-ci ildə "A-Qroup Sığorta Şirkəti"nin cəmi cəmi əməliyyat gəlirləri 20 milyon 528 min manat, cəmi əməliyyat xərcləri 19 milyon 262 min manat, əməliyyat mənfəəti 1 milyon 266 min manat təşkil etmişdi.
"A-Qroup Sığorta Şirkəti"nin 2021-ci ildə hesabladığı sığorta haqları 19 milyon 72 min manat ikən, 2022-ci ildə 24 milyon 632 min manat təşkil edib. Şirkətin sığorta ödənişləri isə 11 milyon 739 min 982 manatdan 12 milyon 826 min 866 (1 milyon 87 min manat artıb).
Ötən il "A-Qroup Sığorta Şirkəti" xalis sığorta ehtiyatının yaradılmasına 4 milyon 30 min manat ayırıb (2021-ci ildə ehtiyatdan 177 min manat azad olmuş və gəlirə əlavə edilmişdi).
2021-ci illə müqayisədə 2022-ci ildə "A-Qroup Sığorta Şirkəti"ndə işlərin aparılması xərcləri isə 2 milyon 159 min manat və ya 60,1% artaraq 5 milyon 750 min manata yüksəlib. 2021-ci ildə şirkətdə işlərin aparılması xərcləri 3 milyon 591 min manat təşkil etmişdi.
Ötən il "A-Qroup Sığorta Şirkəti"nin ehtiyata ayırması, sığorta ödənişləri və işlərin aparılması xərcləri artdığından xalis mənfəəti kəskin azalıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
AccessBank qadın sahibkarlar üçün “Access2Success” layihəsini Qubada təşkil edib
-
2 saat əvvəl
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"
-
2 saat əvvəl
Xalq Bank “Visa Direct to Account” xidməti üzrə mükafata layiq görüldü
-
2 saat əvvəl
Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
Bu il İçərişəhərdə 26 iri festival keçiriləcək
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"
Ən çox oxunanlar
Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Yasamalda sərfəli qiymətlərlə mənzil sahibi omağa tələsin
VTB (Azərbaycan) əmanət faizlərini 11.75%-dək qaldırdı
"Leqallaşdırma hesabına gəlirlərin məbləği üç dəfədən çox artıb"
AFB Bank mobil tətbiqində yenilik: Mono Digital kart artıq tam ödənişsiz və onlayn sifarişlə!
PMD Group və Zaha Hadid Architects-dən gələcəyə yönələn yeni layihə!






.jpg)
.jpg)




.jpg)





