Almaniya bankları da ciddi təzyiq altında - Deutsche Bank-ın səhmləri kəskin ucuzlaşıb
ABŞ Mərkəzi Bankının (FED) son faiz artırmasından sonra bank sistemindəki stress artmaqda davam edir.
Marja xəbər verir ki, böyük maliyyə təşkilatı Deutsche Bank-ın səhmləri Almaniyanın Frankfurt Fond Birjasında 11,7% ucuzlaşıb.
Marja xəbər verir ki, bunu ticarət platformasının saytında dərc olunan məlumatlar göstərir.
Bakı vaxtı ilə saat 17:00-a olan məlumata görə, Deutsche Bank səhmləri 11.68% ucuzlaşıb və 8,25 avroya düşüb. Commerzbank səhmləri 8,50% dəyər itirib.
Deutsche Bank-ın səhmləri son üç gündə təxminən 13 faiz dəyər itirib.
Deutsche Bankın səhmlərinin ucuzlaşması defolt riskindən sığortalanma qiymətində kəskin artımdan sonra sürətlənib. Kredit defolt svopunun (credit default swap - CDS) kəskin artması avrobankların sabitliyi ilə bağlı ən mühüm qorxudur.
Deutsche Bank-ın istiqrazlarının CDS xərci son üç gündə təxminən 35 faiz artaraq 190 bəndə yaxınlaşıb.
ABŞ-da Silicon Valley Bankın (SVB) və Signature Bank-ın iflası, İsveçrənin Credit Suisse bankında baş verən hadisələr qlobal bank sektorunun sağlamlığı ilə bağlı narahatlıqları artırıb, bu narahatlıqlar isə 17 Martdan etibarən Avropa banklarını təzyiq altında qoyub.
Avropada Stoxx 600 Bankinq İndeksi martın 15-dən bəri təxminən 10 faiz düüşb.
İsveçrənin Credit Suisse bankına inamın azalması böhranı qlobal maliyyə bazarlarında şok dalğaları yaradıb. UBS martın 19-da mərkəzi bankın dəstəyi ilə Credit Suisse-i 3 milyard frank almağa razılaşıb.
Avropada UBS və Credit Suisse arasındakı sövdələşmənin nominal dəyəri 16 milyard frank (17,3 milyard dollar) olan subordinasiyalı borc aləti AT1 istiqrazını sildikdən sonra banklar təzyiqə məruz qalıb.
Bankların istiqraz qiymətləri təzyiq altında olduğu üçün Avropa bazarlarında volatilliyə səbəb olur. AT1 istiqrazları 2008-ci ildə qlobal maliyyə böhranından sonra bankların iflası nəticəsində yaranan şokları "udmaq" üçün Avropada satışa çıxarılsa da, bu istiqrazlar böhran dövründə banklar üçün əlavə bufer təmin etmək məqsədi daşıyırdı.
Avropada AT1 istiqraz bazarının həcminin təxminən 250 milyard avro olduğu bilinir.
İndiyə qədər AT1 istiqrazları Avropada yalnız bir dəfə silinib: 2017-ci ildə İspaniyanın Santander Bankı müflis olan rəqibi Banco Popular-ı 1 avroya aldıqda.
Müştərilərin xəbərləri
"McDonald's Azərbaycan" şəhid və qazi ailələrinin uşaqları ilə birlikdə Uşaqların Beynəlxalq Müdafiəsi Gününü qeyd edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 13 d. əvvəl
-
- 17 d. əvvəl
-
40 d. əvvəl
Azəri-Çıraq-Günəşlidə ilk kommersiya qaz hasilatı əməliyyatları başladı
-
44 d. əvvəl
PAŞA Bank 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günündə uşaqların inkişafına dəstək oldu
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Sənət, şəhər və yaşayışın gələcəyi - Bahar Residence-də fərqli bir gün
- 1 saat əvvəl
-
1 saat əvvəl
Unicapital “Mən də investor ola bilərəm” layihəsini həyata keçirib
-
1 saat əvvəl
“AzInTelecom” uşaqlar üçün rəqəmsal təhlükəsizlik sessiyası keçirib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
İyunun 2-də gözlənilən hava şəraiti
Köhnə Bakı həyətlərindən gələcəyin yaşayış modelinə
"McDonald's Azərbaycan" şəhid və qazi ailələrinin uşaqları ilə birlikdə Uşaqların Beynəlxalq Müdafiəsi Gününü qeyd edib - FOTO
Unicapital “Mən də investor ola bilərəm” layihəsini həyata keçirib
Ən çox oxunanlar
“AzInTelecom” uşaqlar üçün rəqəmsal təhlükəsizlik sessiyası keçirib
Mülki Aviasiya İşçilərinə ÖZƏL KREDİT TƏKLİFİ
Rəsmi məzənnələr açıqlandı
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
Neft 2 faizdən çox bahalaşıb

























