"Unicapital İnvestisiya Şirkəti" bazarların həftəlik analitikasını təqdim edir
"Unicapital İnvestisiya Şirkəti" ASC-nin Portfel idarəçiliyi şöbəsi bazarların həftəlik analitikasını təqdim edir:
Daxili bazar:
14 mart tarixində AR Maliyyə Nazirliyinin 40 milyon AZN həcmində 3 illik istiqrazlarının hərracı keçirilmişdir. Hərracda tələb təklifi 3.5 dəfədən çox üstələmiş, orta ölçülmüş və kəsmə gəlirlilik müvafiq olaraq 9.11% və 9.34% olmuşdur. Bundan öncəki 3 illik istiqraz hərracı 9.50% orta ölçülmüş və 9.69% kəsmə gəlirliliklə nəticələnmişdi. 28 mart tarixində də 50 milyon AZN həcmində 3 illik istiqraz hərracı keçiriləcəkdir.
Azərbaycanda inflyasiya artaraq 13.6%-dən 13.9%-ə yüksəlmişdir. Belə ki, 2023-cü ilin yanvar-fevral aylarında istehlak qiymətləri indeksi 2022-ci ilin yanvar-fevral aylarına nisbətən 13,9%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 17,3%, artıb. Və 2023-cü ilin fevral ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1,5%, əvvəlki ilin fevral ayına nisbətən 14,1% yüksəlib.
29 mart tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankı uçot faiz dərəcəsi qərarını açıqlayacaq. Qərarda əsasən daxili və xarici mühitdə inflyasiyaya artırıcı və azaldıcı təsir göstərən amillərin dinamikası nəzərə alınacaqdır. Bundan öncəki iclasında (1 fevral 2023) AR Mərkəzi Bankı uçot dərəcəsini 0.25% artıraraq 8.5%-ə, faiz dəhlizinin aşağı həddini 0.5% artıraraq 6.75%-ə, faiz dəhlizinin yuxarı həddini isə 0.25% artıraraq 9.5%-ə qaldırmışdır.
Qlobal bazar
22 mart tarixində ABŞ FED faiz qərarını verdi. FED ABŞ-da bank sektorunda yaranan çətinliklərə baxmayaraq inflyasiyanın hədəf inflyasiyadan yüksək olması səbəbilə faizlərdə 0.25% artım edərək faizləri 4.50%-4.75% həddindən 4.75%-5.00% həddinə çatdırdı. Xatırladaq ki, mart ayında inflyasiya azalaraq 6.4%-dən 6.0%-ə düşmüş və analitiklərin gözləntilərinə uyğun olmuşdur.
17 mart tarixində Rusiya Mərkəzi Bankı da uçot faiz dərəcəsi qərarını verdi. Faiz dərəcəsi dəyişdirilməyərək 7.50% səviyyəsində saxlanıldı. Xatırladaq ki, Rusiyada inflyasiya 11.77%-dən 10.99%-ə düşmüşdür.
Ötən həftə Türkiyə Mərkəzi Bankı da faiz dərəcəsini dəyişməyərək 8.50% həddində sabit saxladı.
Avropa Mərkəzi Bankı əsas uçot faiz dərəcəsini 0.50% artıraraq 3.00%-dən 3.50%-ə qaldırdı. Xatırladaq ki, Avrozonada inflyasiya göstəricisi 8.5% açıqlanmışdı.
Həftəlik analitikanı "Unicapital İnvestisiya Şirkəti" ASC-nin Portfel idarəçiliyi şöbəsi təqdim etdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
24 d. əvvəl
Lüks brend BRABUS Azərbaycanda daşınmaz əmlak layihəsi təqdim edir
-
28 d. əvvəl
“Baku White City” və “Sea Breeze” birgə fəaliyyət haqqında saziş imzalayıblar
- 41 d. əvvəl
- 44 d. əvvəl
- 46 d. əvvəl
- 47 d. əvvəl
- 50 d. əvvəl
- 51 d. əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Lüks brend BRABUS Azərbaycanda daşınmaz əmlak layihəsi təqdim edir
“Nova Credit" zərərdən mənfəətə keçib - QAZANCI KƏSKİ ARTIB
"Level Leasing"də yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək.
Ən çox oxunanlar
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib






.jpg)









.jpg)


