İraq Kürdüstanından ixracın dayanması ilə neft 4% bahalaşdı
İraqın Kürdüstan regionundan gündəlik yarım milyon barellik neft ixracının kəsilməsi ilə əlaqədar olaraq xam neftin qiyməti 4%-dən çox artıb.
Marja.az xəbər verir, Bakı vaxtı ilə saat 21:45-də Brent nefti 4,04% bahalaşma ilə 78,08 dollardan ticarət olunub.
Kürdüstandan qlobal neft tədarükünün təxminən yarısı və ya gündə 450 min barel xam neft ixracı dayandırılıb.
Rusiya neft hasilatına gəlincə, Baş nazirin müavini Aleksandr Novak Moskvanın gündəlik xam neft hasilatını 500 min barel azaldaraq (gündə 9,5 milyon barel) azaltmaq hədəfinə çatmağa yaxın olduğunu bildirib.
Neft qiymətləri 2021-ci ilin dekabrından bəri rekord eniş göstərdiyi həftədən sonra yüksəlir. Bazarlar bank sektoru ilə bağlı vəziyyəti və dünya mərkəzi banklarının hərəkətlərini izləyir, yüksək faizlər fonunda iqtisadi yavaşlama ehtimalını da qiymətləndirirdilər.
Qlobal bazarlarda qorxular tədricən azalıb və bununla da əlaqədar olaraq neft qiymətləri də yüksəlir.
NƏ BAŞ VERİB?
İraq Neft Nazirliyi Beynəlxalq Arbitraj Məhkəməsində Türkiyəyə qarşı açdığı iddianı qazandıqdan sonra Kürdüstan bölgəsi və Kərkükdən gündəlik 450 min barel xam neft ixracını dayandırdığını açıqlayıb. Bu Kürdüstan bölgəsində neft hasilatının azalmasına səbəb ola bilər.
İraq Neft Nazirliyinin yüksək rütbəli rəsmisi Reuters xəbər agentliyinə deyib ki, “Türkiyə arbitraj qərarına hörmətlə yanaşacağı barədə İraqı məlumatlandırıb”.
Agentliyin gördüyü sənədlərə görə, “Türk gəmiçilik orqanları Ceyhan neft ixrac mərkəzində İraq hökumətinin icazəsi olmadan heç bir gəminin Kürdüstan xam neftinin yükləməsinə icazə verilməyəcəyi barədə məlumat verib”.
Reuters tərəfindən görülən başqa bir sənədə görə, "Türkiyə daha sonra İraq xam neftinin boru kəməri ilə Ceyhana nəqlini dayandırıb".
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
“Bank Respublika”nın xalis mənfəəti 18 faizə yaxın artıb
Azərbaycan neftinin son qiyməti - 7 dollardan çox ucuzlaşıb
Rəsmi məzənnələr açıqlandı
"Turanbank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
PAŞA Bank-ın xalis mənfəəti 10%-ə yaxın artıb
Ən çox oxunanlar
Tramp İranla müharibənin “bitməyə çox yaxın” olduğunu dedi
“İki gün ərzində Pakistanda ABŞ–İran görüşü baş tuta bilər”
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb





.jpg)










.jpg)


