Almaniya rekord səviyyədə borcla üzləşib
Almaniyanın dövlət borcu keçən il 46,1 milyard avro artaraq 2 trilyon 367,3 milyard avroya çatıb.Almaniyanın dövlət borcu keçən il 46,1 milyard avro artaraq 2 trilyon 367,3 milyard avroya çatıb.
Marja Almaniya Federal Statistika İdarəsinin (Destatis) açıqladığı məlumatlara istinadən xəbər verir ki, ötən il ölkənin borcu 46,1 milyard avro artıb. Borc 2021-ci ilin sonu ilə müqayisədə 2 faiz artaraq 2 trilyon 367,3 milyard avroya çatıb.
Destatis, artımın əsas səbəbi kimi "Covid-19 böhranının mənfi təsirlərinə qarşı və mövcud enerji böhranında maliyyə ehtiyaclarını" göstərib. Beləliklə, 3 illik epidemiya və Rusiya-Ukrayna müharibəsi ilə başlayan enerji böhranından sonra Almaniya rekord səviyyədə borcla üzləşib.
Adambaşına düşən dövlət borcu 27 min 906 avrodan 28 min 155 avroya yüksəlib.
Rusiya-Ukrayna müharibəsindən sonra tədarüklə bağlı qeyri-müəyyənliklər və Avropa ittifaqının Rusiya enerji məhsullarına tətbiq etdiyi embarqo Almaniyanın enerji bazarlarında balanssızlığa səbəb olub.
Digər tərəfdən, Brüsseldə yerləşən “Bruegel” analitik mərkəzinə görə, Avropa ölkələri arasında enerji böhranına ən çox resurs ayıran ölkə Almaniyadır (268,1 milyard avro).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
16 d. əvvəl
Aşağı büdcəli aviaşirkət Daşkənddən Bakı və Gəncəyə uçuşlara başlayıb
-
- 19 d. əvvəl
-
28 d. əvvəl
İlham Əliyev “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxış edib
-
31 d. əvvəl
ABŞ Dövlət katibinin iqtisadi məsələləri üzrə köməkçisi Azərbaycanda səfərdədir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
Mülki Aviasiya İşçilərinə ÖZƏL KREDİT TƏKLİFİ
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
Neft 2 faizdən çox bahalaşıb
Ən çox oxunanlar
Qlobal bazarlar Trampın qərarını gözləyir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 12 GÜN
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
BOKT “İnkişaf Üçün Maliyyə”nin mənfəəti 26% artıb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
























