“VEYSƏLOĞLU” tanınmış oyuncaq markası “The LEGO Group”u Azərbaycana gətirdi
“Veysəloğlu Distribusiya” şirkəti tanınmış oyuncaq markası olan “The LEGO Group” ilə partnyorluğa başlayıb. “Veysəloğlu Distribusiya” şirkəti partnyorluq çərçivəsində ölkəmizdə “The LEGO Group” markasının məhsullarını distribusiya edəcək.
Şirkətin yaydığı məlumatda bildirilir ki, “The LEGO Group” məhsullarının əlçatanlığını təmin etmək məqsədilə şirkət tərəfindən yalnız oyuncaq mağazalarında deyil, supermarket və marketlərdə də məhsul satışı həyata keçiriləcək.
“The LEGO Group”un missiyası oyunun gücü ilə gələcəyin qurucularını ruhlandırmaq və inkişaf etdirməkdir. Əsası LEGO kərpiclərindən ibarət olan oyunda LEGO sistemi uşaqlara və pərəstişkarlarına təsəvvür edə biləcəkləri hər şeyi tikməyə və yenidən qurmağa imkan verir.
“The LEGO Group” 1932-ci ildə Danimarkanın Billund şəhərində Ole Kirk Kristiansen tərəfindən təsis edilib, adı isə dan dilində “Yaxşı oyna” mənasını verən “Leg Godt” sözündən götürülüb. LEGO kərpicləri indiki formasında 1958-ci ildə istifadəyə verilib. Boruları ilə bir-birinə bağlanma prinsipi onu unikal edir və limitsiz tikinti imkanları təklif edir. Bu, sadəcə olaraq, təxəyyülü işə salmaq və oyun vasitəsilə bir çox yaradıcı ideyaların ortaya çıxmasına imkan verməkdir.
“The LEGO Group”un qabaqcıl məhsulu bir-birinə birləşdirilən rəngli plastik kərpiclərdən və onları müşayiət edən dişli çarxlardan, minifiqurlar adlanan fiqurlardan və müxtəlif digər komponentlərdən ibarətdir. Oyun vasitəsilə öyrənməyi təşviq etmək məqsədi daşıyan LEGO® dəstləri 21-ci əsrin ən çox tələb olunan bacarıqlarından olan problem həlletmə, tənqidi düşünmə və ünsiyyət bacarıqlarını, həmçinin yaradıcılığı və komanda ruhunu inkişaf etdirir. Müxtəlif yaş kateqoriyalarından olan uşaqlar və böyüklər LEGO dəstləri ilə əyləncəli, sosial-interaktiv və mənalı mühitdə öyrənirlər.
“Veysəloğlu Distribusiya” şirkəti fəaliyyətinə 1994-cü ildə Türkiyədən qida məhsullarının idxalı ilə başlayıb və Veysəloğlu Şirkətlər Qrupunun təməli bu şirkət ilə qurulub. 1997-ci ildən etibarən şirkət öz fəaliyyətini genişləndirərək dünyanın bir çox tanınmış markalarının nümayəndəliklərini alıb və hazırda 3500-dən çox çeşiddə məhsulun ölkə üzrə distribusiyasını həyata keçirir. Şirkət Bakıda yerləşən baş ofisi ilə yanaşı, Mingəçevir və Salyanda yerləşən regional ofisləri və 2500-ə yaxın əməkdaşı ilə xidmət göstərir.
Veysəloğlu Şirkətlər Qrupu pərakəndə, logistika, distribusiya və istehsalat sahələrində fəaliyyət göstərir. Bu yaxınlarda dünyada tanınmış “Deloitte” şirkətinin Azərbaycanda ilk dəfə olaraq təşkil etdiyi nüfuzlu “Best Managed Companies” müsabiqəsində Veysəloğlu Şirkətlər Qrupu qaliblərdən biri elan edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 8 saat əvvəl
-
-
9 saat əvvəl
Azəbaycan Vyetnamın şirkətilə elektrik avtomobillərinin istehsalını müzakirə etdi
-
9 saat əvvəl
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
- 9 saat əvvəl
-
10 saat əvvəl
Bank Respublika 2025-ci ili rekord göstəricilərlə başa vurub
-
10 saat əvvəl
Sahibkarlar "EY İlin İş Adamı" adı uğrunda yarışacaq - İŞTİRAKÇILARIN ADLARI
- 10 saat əvvəl
-
11 saat əvvəl
Bank of Baku 2025-ci ili artımlar ilə başa vurub - 30,6 MİLYON MANAT XALİS MƏNFƏƏT AÇIQLADI
-
11 saat əvvəl
Azərbaycanda turizmin inkişafına dair ilk Dövlət Proqramı hazırlanıb
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
22 bank mənfəət açıqladı - SİYAHI
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Expressbankın depozit portfeli böyüyüb
Bank of Baku 2025-ci ili artımlar ilə başa vurub - 30,6 MİLYON MANAT XALİS MƏNFƏƏT AÇIQLADI
Azərbaycanda turizmin inkişafına dair ilk Dövlət Proqramı hazırlanıb
VTB (Azərbaycan) maliyyə nəticələrini açıqlayıb
"Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin etməyə hazırdır"
Azərbaycanda Qərb Sənaye Parkı yaradılır - FƏRMAN
Geely-nin yeni flaqman modeli Galaxy M9 artıq Azərbaycanda!























