Bakıda təqdim edilmiş ultrasəs müayinə cihazları həkimlər arasında böyük əks-səda doğurub
(®) Ötən həftə Bakıda "Hilton" mehmanxanasında "Medsol" MMC şirkətinin təqdimatı böyük əks-səda doğurub.
Belə ki, Çin Xalq Respublikasının nüfuzlu VİNNO şirkətinin ən yeni və mütərəqqi istehsalı olan 4 ədəd ultrasəs müayinə cihazının təqdimat seminarı baş tutub.
Təqdimat seminarında VİNNO şirkətinin xüsusi nümayəndələri, Respublikanın ultrasəs müayinəsi sahəsi üzrə qabaqcıl həkim və mütəxəssisləri iştirak etmişdir.
Saniyədə 20000 kadr sürətə malik Ultimus 9E ənənəvi görüntülənmədən 300 dəfə daha sürətlidir. Bu sürət ultrasəs görüntülənməsində tamamilə yeni tətbiq dairəsinə və innovasiyalara imkan verir. Geniş led ekranla 25 faiz daha çox görüntü məlumatı təmin edən Ultimus avadanlığı 60 dərəcə əyilə bilən yüksək həssaslıqlı tam HD toxunma ekranla əməliyyatı asanlaşdırır. MUSE platforması tərəfindən dəstəklənən Vshear hər S-dalğası hərəkəti detalını ultrasürətli kadr tezliyində əldə edərək daha həssas toxuma aşkarlamasına imkan verir ki, bu da skan zamanı yüksək stabillik və dəqiqliyi təmin edir. Avadanlıq bir çox xəstəliklərinin erkən aşkarlanmasını təmin edir.
25 MHZ-ə qədər yüksək görüntü imkanına malik G-65 avadanlığı daha müfəssəl diaqnoz üçün şərait yaradır. 4D Siluet anatomiyanın daha ətraflı daxili və xarici görüntüsü üçün unikal şəffaf təsvir təqdim edir. Dölün ürəyinə dair məlumatların yüksək görüntü imkan ilə əldə edilməsinə, çoxsaylı sahələrdən çoxsaylı hissələr nümayiş etdirərək morfoloji anomaliyaların aşkarlanmasına kömək edir. Eyni zamanda çanaq ölçü nəticələrini bir toxunuşla təmin etmək funksiyasına malik G-65 avadanlığı postpartum dövründə olan qadınların çanaq strukturlarını asanlıqla və dəqiqliklə qiymətləndirmə imkanına malikdir.
Mükəmməl görüntü, zərif dizayn, çevik iş prosesi və genişləndirilmiş tətbiq alətləri kimi funksiyaları özündə birləşdirən VİNNO E-35 avadanlığı praktikliyi ilə seçilən modeldir. Avadanlıq innovativ RF platforması sayəsində ənənəvi texnologiyalardan 40 dəfə çox siqnal qəbul edə, onları fərqli bucaqlardan ötürməklə görüntü imkanlarını yüksəldə bilir.
Ultra yüngül, ultra incə, ultra aydın imkanlara malik VİNNO 6 avadanlığı innovativ RF platforması ilə çox yığcam dizayna malikdir. İntuitiv toxunma paneli platforması və istinad üçün quraşdırılmış istifadəçi məlumat kitabçası, müayinə öncəsi və sonrası müqayisə xarakteri, 2-3 MHZ-lə səthi və dərin toxumalara baxış mümkünlüyü və iynə böyütməsi funksiyası sayəsində iynə ucunu daha rahat görməyə imkan verən funksiyalara malik avadanlıqdır.
Müxtəlif və çoxlu sayda ən yeni funksiyalara malik ultrasəs cihazlarının təqdimatı seminarı iki hissədən ibarət olub. İlk hissədə avadanlıqlar haqqında ümumi, nəzəri tanışlıq, növbəti hissədə isə tədbirdəki qonaqların da iştirakı ilə praktiki baxış həyata keçirilib. Avadanlıqlardan istifadə edən iştirakçıların məmnunluq hissi həmin avadanlıqların yaxın gələcəkdə tibb sahəsində ciddi uğura imza atacağını gözləməyə əsas verir. Medsol şirkətinin növbəti tədbirləri barədə məlumatları oxucularımızla bölüşəcəyik.
"Medsol" şirkətinin əlaqə vasitələri:
055-206-97-75
İnstagram: @medsol_mmc
Facebook: MEDSOLMMC
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
-
3 saat əvvəl
Naxçıvan və Urumçi şəhərləri arasında iqtisadi əməkdaşlığa dair onlayn görüş keçirilib
-
4 saat əvvəl
Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb
- 4 saat əvvəl
-
5 saat əvvəl
Xarici vətəndaşlar üçün bəzi qoruq və muzeylərə giriş qiyməti dəyişir
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
- 6 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
ABB İnvest “İlin investisiya şirkəti” seçildi
Ən çox oxunanlar
Zərgərlik sahəsində əyar nəzarəti sistemi formalaşdırılır
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
Bakı Limanında rekord nəticə
Sahibkarın 4 milyon manatını ələ keçirməkdə təqsirləndirilən dəstənin məhkəməsi başlayıb
"FINCA Azerbaijan"ın dollar istiqrazlarına 54 investordan 54 sifariş - HƏRRACIN NƏTİCƏSİ
6 faydalı qazıntı yatağı hərraca çıxarılacaq
Paşinyan Azərbaycandan Ermənistana benzin tədarükünü alqışladı





















