Naxçıvan KOB dostları fəaliyyətə başlayıb
Naxçıvan, Culfa, Şahbuz şəhərlərində və Sədərək rayonunda fəaliyyət göstərəcək KOB dostları Naxçıvan Muxtar Respublikasında biznesin inkişafına, yeni KOB-ların yaranmasına, sahibkarların investisiya təşəbbüslərinin reallaşdırılmasına və maraqlarının müdafiəsinə dəstək göstərəcək.
Marja xəbər verir ki. bu, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki, Naxçıvan Muxtar Republikasının Naxçıvan, Culfa, Şahbuz şəhərlərində və Sədərək rayonunda KOB dostları fəaliyyətə başlayıb. KOB dostları Naxçıvan Muxtar Resoublikasında yeni KOB-ların yaranmasına və mövcud biznesin inkişafına, sahibkarların investisiya təşəbbüslərinin reallaşdırılmasına və maraqlarının müdafiəsinə dəstək göstərəcək. KOB dostu ofisləri müvafiq şəhər və rayonlarla yanaşı, ətraf rayonların sahibkarlarına da xidmət edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında KOB dostlarının fəaliyyətə başlaması ilə əlaqədar aprelin 19-da Naxçıvan Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə sahibkarlarla görüş keçirilib.
Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyevin, Naxçıvan Muxtar Respublikasının Sahibkarlar Konfederasiyasının İdarə Heyətinin sədri Vüqar Abbasovun iştirakı ilə keçirilmiş görüşdə aidiyyəti qurumların nümayəndələri və müxtəlif sektorlarda fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.
Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat nazırı Tapdıq Əliyev Naxçıvanda iqtisadi sahədə mövcud vəziyyət, bölgənin iqtisadi potensialı, iqtisadi fəaliyyət sahələri üzrə heyata keçirilən tədbirlər barədə məlumat verib, KOB dostlarının mikro, kiçik və orta biznes subyektlərinə dəstək olacağına əminliyini vurğulayıb.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Agentlik tərəfindən sahibkarlara göstərilən dəstək və xidmətlər, o cümlədən KOB dostu mexanizmi barədə ətraflı məlumat verib. Qeyd olunub ki, hazırda ölkənin 39 şəhər və rayonunda 46 KOB dostu fəaliyyət göstərir. Naxçıvan Muxtar Respublikasının 4 şəhər və rayonunda da KOB dostları fəaliyyət göstərəcək. Məqsəd Naxçıvanın iqtisadi potensialından maksimum istifadə etməklə KOB dostları vasitəsilə dövlət dəstəyi mexanizmləri çərçivəsində sahibkarlığın inkişafına və yeni KOB subyektlərinin yaranmasına dəstək olmaq, KOBİA-nın dəstək və xidmətlərini Naxçıvan sahibkarları üçün daha əlçatan etməkdir. Naxçıvan sahibkarları KOB dostları ilə aktiv əməkdaşlığa dəvət edilib.
Orxan Məmmədov yaxın zamanda Naxçıvanda KOB İnkişaf Mərkəzinin də açılacağını qeyd edib. KOB İnkişaf Mərkəzi tərəfindən Naxçıvan sahibkarlarına ödənişsiz olaraq biznesin qurulması və inkişafı istiqamətində məsləhət, təlim, biznes planın hazırlanması və s. xidmətlər göstəriləcəkdir.
Tədbir çərçivəsində KOBİA-nın dəstək və xidmətlərinə dair videoçarxlar nümayiş olunub, sahibkarların çətinlikləri və təklifləri dinlənilib.
KOBİA-nın nümayəndələri həmçinin, “Bolmart” supermarketlər şəbəkəsinin Naxçıvan filialının açılışında iştirak ediblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
2 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 2 gün sonra
-
- 4 saat əvvəl
-
5 saat əvvəl
Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 13 milyard dolları keçib
- 5 saat əvvəl
-
5 saat əvvəl
56 manata sığortaladığı əkin sahəsinə görə 5600 manat ödəniş aldı
-
6 saat əvvəl
Qeyri-neft ixracında özəl sektorun ilk onluğu dövlət şirkətlərini qabaqlayıb
-
6 saat əvvəl
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
-
7 saat əvvəl
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
-
7 saat əvvəl
Azərbaycan Mərkəzi Bankı valyuta bazarına müdaxilə etdi - Bazardan 394 milyon dollar aldı
- 7 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Rusiya istehsalı “Baltika” yenidən Azərbaycanda
“Prime Cotton”ın ixracında güclü artım
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
Ən çox oxunanlar
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
Azərbaycan Mərkəzi Bankı valyuta bazarına müdaxilə etdi - Bazardan 394 milyon dollar aldı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - YENİ SİYAHI
XalqKartda faiz hesablanan qalıq məbləği artırıldı























