Su polisi balıq ovu ilə məşğul olanlara müraciət edib
Kürütökmə dövründə balıq ovuna qoyulan moratoriumla əlaqədar Daxili İşlər Nazirliyi (DİN) Su Nəqliyyatında Polis İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bioloji Müxtəlifliyin Qorunması Xidməti ilə birgə balıqovlama ilə məşğul olan şəxslərə müraciət ünvanlayıb.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, 2014-cü il 11 avqust tarixli 243 nömrəli fərmanın icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabinetin qərarına əsasən balıqların kürütökmə dövrü ilə əlaqədar Kür çayında, Sarısu gölündə, Mingəçevir, Şəmkir, Araz, Yenikənd su anbarlarında, həmçinin Xaçmaz, Salyan, Neftçala və digər ərazilərdə balıq ovu ilə məşğul olan şəxslərə aprelin 1-dən sentyabrın 1-dək elan olunan moratorium müddətində balıq ovunu dayandırmaları, balıqların təbii artımına, çoxalmasına maneə yaradan əməllərdən çəkinmələri tövsiyə olunur.
Qeyd edək ki, qadağan olunan vaxtlarda və qeyri-qanuni vasitələrlə balıq ovlanması ölkəmizin su bioresurslarının, o cümlədən də əhalinin qida rasionunda zəruri yer tutan balıq məhsullarının tamamilə azalmasına, hətta bəzi növlərin nəslinin kəsilməsinə şərait yarada bilər. Ona görə də bütün balıqçılardan müəyyən olunmuş tələblərə əməl etmələri tələb olunur. Əks təqdirdə, tələblərə məhəl qoymayan, balıq ovuna davam edən şəxslər barəsində Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunamüvafiq tədbirlər görüləcək.
Su Nəqliyyatında Polis İdarəsi digər müvafiq dövlət orqanları ilə birgə ölkənin su hövzələrində tələb olunan qaydalara əməl olunması məqsədilə nəzarət tədbirlərini davam etdirir. Vətəndaşlardan Xəzər dənizində və su hövzələrində hər hansı bir qanun pozuntusu ilə rastlaşdıqları halda Su Nəqliyyatında Polis İdarəsinin 012-433-38-12 və 012-433-38-02 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
15 d. əvvəl
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
-
-
1 saat əvvəl
Bank Respublika 2025-ci ili rekord göstəricilərlə başa vurub
-
1 saat əvvəl
Sahibkarlar "EY İlin İş Adamı" adı uğrunda yarışacaq - İŞTİRAKÇILARIN ADLARI
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bank of Baku 2025-ci ili artımlar ilə başa vurub - 30,6 MİLYON MANAT XALİS MƏNFƏƏT AÇIQLADI
-
1 saat əvvəl
Azərbaycanda turizmin inkişafına dair ilk Dövlət Proqramı hazırlanıb
- 2 saat əvvəl
-
3 saat əvvəl
"Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin etməyə hazırdır"
-
4 saat əvvəl
"Anglo Asian Mining" Azərbaycanda qızıl hasilatını 2 dəfəyə yaxın artırıb
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
Bank Respublika 2025-ci ili rekord göstəricilərlə başa vurub
Expressbankın depozit portfeli böyüyüb
Azərbaycanda turizmin inkişafına dair ilk Dövlət Proqramı hazırlanıb
VTB (Azərbaycan) maliyyə nəticələrini açıqlayıb
Ən çox oxunanlar
"Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin etməyə hazırdır"
Azərbaycanda Qərb Sənaye Parkı yaradılır - FƏRMAN
Geely-nin yeni flaqman modeli Galaxy M9 artıq Azərbaycanda!
AccessBank 2025-ci il üzrə maliyyə nəticələrini açıqladı
Azərbaycanda şirkətlərin sayı 204 mini də keçdi
ADY-nin qəbul etdiyi blok-qatarların sayında böyük artım


















