Prezident İlham Əliyev “Holcim”in keyfiyyətli sement olduğunu bildirib
“Holcim Azərbaycan”ın beton və quru yapışdırıcı istehsalı üzrə zavodu inşa olunacaq“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının 5 hektar ərazisində “Holcim Azərbaycan” ASC tərəfindən müasir texnologiyalar əsasında əmtəə beton və quru yapışdırıcı istehsalı üzrə zavod inşa olunacaq.
Bununla bərabər, sement satışı üçün terminal da qurulacaq. Ümumi investisiya dəyəri 3,74 milyon manat olan müəssisədə Avropanın qabaqcıl texnologiyalarından istifadə ediləcək. Layihənin həyata keçirilməsi ilə 25 nəfər daimi işlə təmin olunacaq. Zavodda istehsal olunacaq məhsullar regionda dayanıqlı tikintinin həyata keçirilməsinə töhfə verəcək, məhsulların daşınması prosesinin optimallaşdırılması ətraf mühitin qorunmasına xidmət edəcək.
Prezident İlham Əliyev dedi: “Mən həmişə deyirəm, çalışmaq lazımdır ki, burada daha çox yerli insanlar işə cəlb edilsinlər. Mənim nümayəndəmlə, nazirliklə də sıx təmasda olmaq lazımdır. Birinci mərhələdə təbii ki, sizin təcrübə toplamış işçilər çalışacaq, amma bir neçə ildən sonra onları yetişdirilmiş sırf yerli kadrlar əvəz etməlidir.
“Holcim”in buraya gəlməsinin tarixçəsini mən yaxşı bilirəm. Yadımdadır, Davosda “Holcim”in ovaxtkı rəhbəri mənə yaxınlaşaraq belə bir təklif irəli sürdü. Mən də dərhal razılıq verdim və qısa müddət ərzində o zavod inşa edildi. Ondan sonra Azərbaycanda sement istehsalına maraq artdı. O vaxta qədər biz sementi idxal edirdik. İndi rəqabət də var, o da çox yaxşıdır. Amma “Holcim” hər halda öz keyfiyyət markasını saxlayır”.
Azərbaycan Prezidenti İlham Əliyev dünən zavodun təməlini qoyub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 25 d. əvvəl
-
- 29 d. əvvəl
- 31 d. əvvəl
- 33 d. əvvəl
- 37 d. əvvəl
- 39 d. əvvəl
-
51 d. əvvəl
Azərbaycanın neft-qaz sektoruna daxil olan malların ixracından gəliri azalıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Speedtest Global Index”: Azərbaycanda internetin sürəti illik müqayisədə artıb
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb
Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir
Gələcəyin şəhərləri yeni mobillik tələb edir
Azərbaycana minik avtomobillərinin idxalı 40 %-dən çox azalıb
Azərbaycanın ixracı qızıl ehtiyatının satışı ilə kəskin artıb - müsbət saldoda 10 qat artım






.jpg)









.jpg)





