Türk lirəsinin 13 faiz dəyər itirməsi lazımdır - Goldman Sachs
Seçkilər yaxınlaşdıqca xarici qurumların Türkiyə ilə bağlı təhlilləri gəlməyə davam edir. Marja xəbər verir ki, növbəti təhlil qlobal investisiya bankı Goldman Sachs tərəfindən aparılıb.
Seçkilərdən sonra iqtisadi ictimaiyyət üçün önəmli mövzulardan biri türk lirəsinin (TL) dəyəridir. Tür lirəsini tədiyyə balansı kontekstində təhlil edən bank, TL-nin qarşıdakı dövrdə 13% dəyər itirməsi lazım olduğunu bildirib.
Bank bəyan edib ki, bu baş verməsə, TL-nin kəskin ucuzlaşmasının qarşısını almaq üçün cari əməliyyatlar hesabının ixracın artırılması hesabına azaldılması tələb oluna bilər.
Bununla belə, vurğulanıb ki, siyasət seçimləri və makro mühit cari əməliyyatlar kəsirinin genişlənməsinə səbəb olarsa, TL-nin daha da ucuzlaşması mümkündür.
Təhlildə cari kəsirin ümumi daxili məhsulun 7-8 faizinə çatacağı təqdirdə TL-də 18 faiz ucuzlaşma olacağı bildirilib.
Qeyd edək ki, cari əməliyyatlar hesabının kəsiri (valyuta kəsiri) valyuta gəlirləri ilə (ölkəyə daxil olan) valyuta xərcləri (ölkədən çıxan) arasındakı fərqdir.
Hazırda Dollar/Türk Lirəsi məzənnəsi 19,50 lirə səviyyəsindədir. Əgər Goldman Sachs-ın proqnozu reallaşarsa dollar 22 - 23 türk lirəsi civarında olmalıdır.
Xəbər verdiyimiz kimi, digər qlobal maliyyə təşkilatı JPMorgan, Dollar/Türk Lirəsi proqnozlarını - “güclü ortodoks siyasət” ssenarisində 25 lirə, “mülayim ortodoks siyasət ssenarisi”ndə isə 30 lirə səviyyəsində proqnozlaşdırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
6 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
6 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 7 saat əvvəl
-
8 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

















.jpg)








