“Rabitəbank” ASC-də qanvermə aksiyası keçirilib - FOTOLAR
(®) Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi və Rabitəbank-ın 30 illiyi münasibətilə ötən illərdə olduğu kimi bank bu il də Korporativ Sosial Məsuliyyət layihəsi çərçivəsində Mərkəzi Qan Bankı ilə birlikdə könüllü qan donorluğuna dəstək tədbiri kimi, qan ehtiyatının daha da artırılmasına yönələn könüllü qanvermə aksiyasını keçirib.
Rabitəbank-ın 28 May, 33 ünvanında yerləşən baş ofis əməkdaşlarının könüllü şəkildə iştirak etdiyi aksiyada toplanan qanlar Talassemiya və hemofiliyadan əziyyət çəkən uşaqların müalicəsinə kömək məqsədilə istifadə ediləcək.
Məlum olduğu kimi, ölkəmizdə talassemiyalı və digər qan qrupu xəstələrinin donor qanına böyük ehtiyacı vardır. Rabitəbank-ın rəhbərliyi və əməkdaşları bir neçə ildir ki, belə təşəbbüskar aksiyalardada könüllü iştirak edərək, qana ehtiyacı olanlara dəstək göstərirlər. Sözügedən aksiyanın da əsas məqsədi Respublika Talassemiya Mərkəzində qeydiyyata alınmış və mütəmadi olaraq hər ay qan köçürülməsinə ehtiyacı olan uşaqlara dəstək olmaqdır.
Tədbir Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının tam nəzarəti altında və könüllü donorlar üçün yaradılmış müvafiq şəraitdə keçirilib.
"Rabitəbank" ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
2 d. əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
-
-
11 d. əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
-
1 saat əvvəl
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda daha bir aqropark yaradılıb
Ən çox oxunanlar
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb
Kreditinizi Birbank-a gətirin, 6%-dək endirim qazanın
Tanınmış supermarketlər şəbəkəsinin Ağcabədidə filialı açılıb
Bakı-Tbilisi-Bakı biletləri ilə bağlı yaxın saatlarda ictimaiyyətə məlumat veriləcək
Bu bank pulunuza illik 12% gəlir təklif edir







.jpg)







.jpg)







