FİNCA, Azərbaycanda yenidən sürət götürüb - GƏLİR VƏ MƏNFƏƏTİNİ AÇIQLADI
“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı 2022-ci ili 3 milyon 267 min manat xalis mənfəət ilə başa vurub. Təşkilat 2021-ci ili 2 milyon 611 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə,“FINCA Azerbaijan”nın xalis mənfəəti 2022-ci ildə 2021-ci illə müqayisədə 656 min manat və ya 25,1% artıb.
Marja xəbər verir ki, “FINCA Azerbaijan”nın faiz gəlirləri 2021-ci ildə 7 milyon 923 min manat ikən, 2022-ci ildə 11 milyon 854 min manata yüksəlib (3 milyon 931 min manat və ya 49,6% artıb).
“FINCA Azerbaijan”nın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2022-ci ildə 2021-ci illə müqayisədə 15 milyon 810 min manat və ya 54,4% artaraq31 Dekabr 2022-ci il tarixində 44 milyon 875 min manata çatıb.
Qeyd edək ki, Azərbaycandakı devalvasiyalar “FINCA Azerbaijan”da böyük itkilərə səbəb olmuş, təşkilat kəskin kiçilmişdi.
2023-ÜN İLK RÜBÜNDƏ DƏ BÖYÜYÜB
Ölkənin aparıcı qeyri-bank mikromaliyyə təşkilatı “FINCA Azerbaijan” 2023-cü ilin birinci rübünü əvvəlki ilin eyni dövrü ilə müqayisədə xalis gəlirində 80% artımla başa vurub. Birinci rübün fəaliyyət statistikasına əsasən son 12 ay ərzində kredit portfeli 37 faiz artaraq 55 milyon manat, müştərilərin sayı isə 33 faiz artaraq 27000 nəfər təşkil edib.
Bu ilin ilk üç ayı üzrə “FINCA Azerbaijan” təşkilatının kapitalı 16,2 milyon manat təşkil edib.
FINCA bu ilin mart ayında Bakı Fond Birjasında dördüncü istiqraz yerləşdirməsini uğurla həyata keçirə bilib.
"Aztəminatlı insanlara və icmalara öz gələcəklərinə sərmayə qoymağa kömək etmək üçün dürüst və səmərəli maliyyə xidmətləri təklif edən qlobal şəbəkənin bir üzvü kimi “FINCA Azerbaijan” təşkilatı hesabat dövrü ərzində artan bazar ehtiyaclarını qarşılamaq üçün öz kredit təkliflərinin müxtəlifliyini saxlayıb",- təşkilatdan bildirilib.
“FINCA Azerbaijan”, əsası 1998-ci ildə qoyulmuş “FINCA Azerbaijan” “FINCA Impact Finance” təşkilatına aid 16 bank və mikromaliyyələşmə institutu ilə 5 qitədə 2.8 milyondan artıq müştəriyə xidmət edən qlobal şəbəkənin tərkibinə daxildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 20 d. əvvəl
- 23 d. əvvəl
- 25 d. əvvəl
-
6 saat əvvəl
Azercell “Great Place to Work®” beynəlxalq sertifikatına layiq görülüb
- 7 saat əvvəl
-
7 saat əvvəl
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
-
7 saat əvvəl
AzInTelecom “AI GITEX Kenya 2026” texnologiya sərgisində təmsil olunub
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
Samsung Electronics həmkarlar ittifaqı ilə razılığa gəlib - hər işçiyə 340 min dollar bonus ödəniləcək
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Goldman Sachs: Qlobal neft ehtiyatları rekord sürətlə azalır
Nvidia gəlirini 85 faiz, xalis mənfəətini 211 faiz artırıb
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ







.jpg)










.jpg)





