Ərəblər Bakıda da şöbəsi olan şirkətdən pay aldılar
Bakıda da şöbəsi fəaliyyət göstərən Türkiyənin "Simit Sarayı" şirkətinin 10%-i Səudiyyə Ərəbistanının "Fawaz Alhokair" qrupuna satılıb. "Marja" Türkiyə mətbuatına istinadən xəbər verir ki, satınalma ilə bağlı müqavilə imzalanıb.
"Fawaz Alhokair" Qrupunun sədr müavini Abdul Majeed Alhokair-ın "Simit Sarayı"nın idarə heyətinin üzvü təyin olunacaqdır.
Səudiyyə Ərəbistanının ən böyük pərakəndə satış şirkətlərindən biri olan "Fawaz Alhokair", 2014-cü ildə "Simit Sarayı" ilə master imtiyaz sazişi imzaladıqdan sonra Orta Şərq və Şimali Afrika bölgəsində təxminən 50 "Simit Sarayı" mağazası açmışdı.
DAHA 250 FİLİAL AÇACAQ
"Fawaz Alhokair" Qrupu gələcək 4 ildə 250-dən çox mağaza açaraq bütövlükdə 300-dən çox "Simit Sarayı" mağazası açmağı planlaşdırır. Qrup, Zara, Banana Republic, Gap, Nine West and Topshop kimi markaların da master imtiyaz haqlarına sahibdir.
Bundan öncə xəbər verdiyimiz kimi, "Simit Sarayı" şirkəti, rəqibi "Komşufırın"ı satın almaq üçün danışıqlar aparır.
"Simit Sarayı" son dövrlər sürətli böyüyür. Şirkətin 250-si Türkiyədə olmaqla cəmi 400 şöbəsi var. 2016-da 100 milyon dollar ixracat həyata keçirən şirkətin 2017 hədəfi isə 200 milyon dollardır.
"Simit Sarayı"nda sadəcə simit deyil, ağlınıza gələ biləcək bir çox ləzzət var: Dadlı simitlər, sendviçlər, simit-burgerlər, izqara köftə, simit pizzalar, səhər yeməkləri, kiçik-kiçik paketlənmiş dadlar, əvəzolunmaz dondurmalar, Çıtır hotdoq, pendirli şüyüdlü poğaça, şirniyyatlar, tortlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 46 d. əvvəl
-
-
1 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın neft-qaz sektoruna daxil olan malların ixracından gəliri azalıb
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Ən çox oxunanlar
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb
Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir
Gələcəyin şəhərləri yeni mobillik tələb edir






.jpg)
.jpg)







.jpg)






