"Bir sıra məsələlər həll edilməldir, sülh müqaviləsinin üzrə irəliləmək çətindir"
"Bu gün biz Moskvada Ermənistanla Azərbaycan arasında münasibətlərə, eləcə də Qarabağ nizamlanmasına həsr olunmuş bir sıra görüşlər keçirdik. Əvvəlcə Azərbaycandan olan həmkarım Ceyhun Bayramov və Ermənistandan olan həmkarım Ararat Mirzoyanla ayrı-ayrılıqda ikitərəfli görüşlər oldu. Sonra üçümüz görüşdük. Biz Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikolay Paşinyan arasında əldə edilmiş razılaşmaların həyata keçirilməsi üzrə iş kontekstində yaranan vəziyyəti dəyərləndirdik".
Bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrovun üçtərəfli görüşün yekunları ilə bağlı XİN-in saytında yayımlanan şərhində bildirilib.
“Bu razılaşmalar Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında Qarabağda təhlükəsizliyin və sabitliyin təmin edilməsinə aiddir. Onlar həmçinin nəqliyyat və iqtisadi kommunikasiyaların açılmasına təsir göstərirlər. Bununla Rusiya, Ermənistan və Azərbaycan Baş nazirlərinin müavinlərinin rəhbərlik etdiyi üçtərəfli işçi qrup məşğul olur. Razılaşmalar humanitar məsələlərin həllini ehtiva edir. Söhbət ilk növbədə sərhədin delimitasiyası ilə onun sonradan demarkasiyasından gedir. Bunun üçün Rusiya, Azərbaycan və Ermənistan liderlərinin ayrıca bəyanatı ilə Rusiya tərəfinin məsləhətçi qismində iştirakı ilə delimitasiya üzrə Ermənistan-Azərbaycan komissiyası yaradılıb.
Ayrı bir mövzu sülh müqaviləsidir. Tərəflər bunun üzərində işləməyə başlayıblar və hazırda digər vasitəçilərin də iştirakı ilə aktiv şəkildə müzakirə olunur. Ermənistan və Azərbaycan nazirləri Vaşinqtona səfər ediblər, Ermənistan və Azərbaycan prezidentləri bir həftə əvvəl Brüsseldə olublar. Sülh müqaviləsi üzərində iş, əlbəttə ki, əsasdır. Amma bizim tərəfdaşlarımız bu gün təsdiqlədilər ki, delimitasiya məsələləri həll edilmədən, nəqliyyat və iqtisadi kommunikasiyalar açılmadan, Qarabağda və Ermənistan-Azərbaycan sərhədində təhlükəsizlik vəziyyəti ümumi yaxşılaşmadan sülh müqaviləsinin konkret aspektləri üzrə irəliləmək çətindir.
Bütün bunları kompleks şəkildə müzakirə etdik. Həmkarlar liderlərimizin qeyd olunan üçtərəfli bəyanatlarında əksini tapan ümumi səylərdə və qeyd etdiyim hər bir sahədə davam edən təmaslarda aparıcı rola görə Rusiya tərəfinə minnətdarlıqlarını bildiriblər”, - Lavrov qeyd edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 4 gün sonra
-
- 11 d. əvvəl
- 24 d. əvvəl
- 29 d. əvvəl
- 33 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Mədəni sərvətləri ehtiyatsızlıqdan məhv edənlər 2 ilədək həbs oluna bilər
-
2 saat əvvəl
Şarj növbəsi? Unut - Hibridlərin yeni nəsli artıq Azərbaycanda!
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi
Xalq Bankda yeni təyinatlar
Ən çox oxunanlar
Şarj növbəsi? Unut - Hibridlərin yeni nəsli artıq Azərbaycanda!
Bank marketinq agentliyi xidmətləri satın alır
“Kənddən Şəhərə” Yeni il yarmarkası başlayır
Hökməli və Qobuda yolların təmirinə 1,4 milyon manat ayrıldı
Dekabrın 20-də gözlənilən hava şəraiti
Azərbaycandan Gürcüstana və İrana gedənlərin sayı artıb, Rusiya və Türkiyəyə gedənlərin sayı isə azalıb










.jpg)





.jpg)



