İKİ ÇEMPİON BİRLƏŞDİ - “Sirab” “Qarabağ”ın rəsmi tərəfdaşı oldu - FOTOLAR
(®) Mayın 26-da “Sirab” brendinin futbol üzrə Azərbaycan çempionu “Qarabağ”la rəsmi tərəfdaşlıq müqaviləsinin imza mərasimi keçirilib.
İmzalama mərasimində “Sirab”ın icraçı direktoru Alper Yaycılı, marketinq şöbəsinin rəhbəri Esin Umut, “Qarabağ” FK-nun baş direktoru Əmrah Çəlikəl, komandanın marketinq departamentinin rəhbəri Yusif Cəfərov iştirak edib.
Əvvəlcə rəsmi tərəfdaşlıq barədə müqavilə imzalanıb. Müqaviləni “Sirab” şirkətinin icraçı direktoru Alper Yaycılı və “Qarabağ” FK-nun baş direktoru Əmrah Çəlikəl imzalayıb.
İmza mərasimində “Sirab” şirkətinin icraçı direktoru Alper Yaycılı tərəfdaşlıqdan qürur duyduqlarını bildirib: “Qarabağ” Azərbaycan idmanının ən öndə komandalarından biridir. Bu klub ölkəni Avropa meydanlarında layiqincə təmsil edir, milyonlarla insana sevinc və qürur bəxş edir. “Sirab” olaraq daim ölkə idmanına dəstək olmağa çalışırıq. 2018-ci ildən “Qarabağ” FK ilə əməkdaşlığımız var. Bu gündən etibarən isə həm də rəsmi tərəfdaş olaraq çalışacayıq. “Qarabağ” kimi titullu və böyük komandayla əməkdaşlıqdan qürur duyuruq. “Sirab” və “Qarabağ” ayrı-ayrılıqda öz sahəsinin çempionudur. Bu gün iki çempionun tərəfdaşlığı rəsmiləşdi”.
“Sirab” rəsmisi müqavilənin 1 il müddətinə nəzərdə tutulduğunu, amma gələcəkdə artırılma ehtimalının yüksək olduğunu söyləyib.
“Qarabağ” klubunun baş direktoru Əmrah Çəlikəl tərəfdaşlıqdan məmnun olduqlarını bildirib: “Biz “Sirab” suları ilə 2018-ci ildən əməkdaşlıq edirik. Klub olaraq sədaqət və mənəviyyata böyük üstünlük veririk. Öncələr başqa sular da alırdıq. Amma məmnun qalmırdıq. Hətta çarter reysi ilə səfərə çıxanda özümüzlə ”Sirab” suları aparırıq. Bu üzdən bu şirkətin üzərində dayandıq. Tərəfdaşlıqdan məmnunuq”.
Qeyd edək ki, 70 ildən çox yaşı olan “Sirab” mineral suyunun sorağı dünyanın bir sıra ölkələrindən gəlir. Dünya standartlarına cavab verən “Sirab” mineral suyu bir çox xarici ölkələrdə yüksək mükafatlara layiq görülüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 8 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)






.jpg)









