Yüksək faizlərə və artan işçi xərclərinə görə xalis mənfəəti kəskin azalıb

"Yelo Bank" ASC-nin 31 dekabr 2022-ci il tarixində başa çatmış il üzrə Beynəlxalq Maliyyə Hesabatı Standartlarına uyğun hazırlanmış Maliyyə Hesabatlarına görə, Bank 2022-ci ili 5 milyon 624 min manat xalis mənfəət ilə başa vurub. "Yelo Bank" 2021-ci ili 8 milyon 462 min manat xalis mənfəət ilə bağlamışdı.
Marja xəbər verir ki, "Yelo Bank"ın xalis mənfəətinin 33,5% və ya 2 milyon 838 manat azalması, əsasən, faiz xərclərinin və işçi heyəti üzrə xərclərinin artması ilə əlaqədardır. "Yelo Bank" yüksək əmanət faizləri təklif edən banklardan biridir.
Ötən il Bankın faiz xərcləri 11 milyon 882 min manat, işçi heyəti üzrə xərcləri isə 7 milyon 209 min manat artıb.
İlk olaraq, “Ülpər” SCB 1994-cü ildə Azərbaycan Respublikasında yaradılmış və 1994-cü ildə verilmiş 203 nömrəli ümumi Bank lisenziyasına malik olmuşdur. 2002-ci ildə “Nikoyl” Qapalı Səhmdar Cəmiyyəti və “Lukoil Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti Bankda nəzarət payları almış və Bankın adı “Nikoyl” ASC İnvestisiya Kommersiya Bankına dəyişdirilmişdir. Bank 2 may 2002-ci ildən etibarən Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 203 nömrəli tam bank lisenziyası əsasında fəaliyyətə başlamışdır. 2008-ci ilin iyul ayında “Topaz İnvestments Limited” QSC Bankda nəzarət payı almışdır. 2019-cu ilin noyabr ayında “Nikoyl Bank” ASC rebrendinq həyata keçirmiş və Bankın adı “Yelo Bank” ASC olaraq dəyişdirilmişdir. 2022-ci ilin mart ayında “Topaz İnvestments Limited” QSC Bankın “Topaz İnvestments Limited” QSC-yə məxsus bütün səhmlərini Marina Kulişova və Anar Həsənova satmışdır.
Bankın ana şirkəti 2022-ci ilin mart ayına qədər “Topaz İnvestment Limited” QSC olmuşdur. Banka birbaşa olaraq 2022-ci ilin mart ayına qədər fiziki şəxs Vahid Ələkbərov nəzarət edib. 2022-ci ilin mart ayından etibarən Banka birbaşa olaraq fiziki şəxs Marina Kulişova nəzarət edir.
31 dekabr 2022-ci il tarixinə Bankın 16 (31 dekabr 2021-ci il: 12) filialı olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 3 saat əvvəl
-
-
4 saat əvvəl
Bugatti Mistral - Dünyanın ən sürətli roadsteri artıq Azərbaycanda - FOTOLAR
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycan xaricilərə 8 milyon manata yaxın “tax free” qaytarıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Azərbaycanın investisiya şirkətinə əlavə maya qoyulur

Özbəkistan Prezidenti Azərbaycana səfərə gəlib

Bakı Limanında son 22 ilin ən yüksək nəticəsi qeydə alınıb

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Azərbaycan xaricilərə 8 milyon manata yaxın “tax free” qaytarıb

Qırğızıstan Prezidenti Azərbaycana gəldi

Macarıstanın Baş naziri Qəbələdədir

Azərbaycan bazarı Pakistan əti ilə dola bilər - RƏSMİ İCAZƏ ALDILAR

Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı artmaqda davm edir

Dövlət Vergi Xidməti "planı" artıqlaması ilə icra edib

Fond 9 ayda dövlət büdcəsinə 11 milyard manata yaxın vəsait köçürüb

Bazarlar “istefa şok"unu yaşayır

Fransanın Baş naziri istefa etdi, bazarlar sarsıldı
