"Azərbaycanda bank faizləri soyğunçu xarakter daşıyır"
“Azərbaycanda bank faizləri soyğunçu xarakter daşıyır”.
Bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında çıxış edən deputat Əli Məsimli bildirib.
“Faizlər ikirəqəmlidir və onları real sektora qoymaq mümkün deyil. Bunlar ancaq ticarətdəki 2-3 aylıq müddətdə effekt verə bilər, lakin istehsala qoyula bilməz.
Biz inflyasiyanı endiririksə, bank faizləri də aşağı olmalıdır. Siz illik inflyasiyanı 8,3 faiz olaraq qeyd etmisiniz. Bir daha deyirik ki, bu rəqəmlər doğru deyil, özünü doğrultmayacaq. Keçən il də qeyd edilən rəqəmlər özünü doğrultmadı”, - deyə deputat Mərkəzi Banka iradlarını çatdırıb.
Qeyd edək ki, daha əvvəl çıxış edən Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazımov bildirmişdi ki, aprelin proqnozlarına əsasən, ilin sonunda illik inflyasiya 8,3% olacaq.
XXX
Azərbaycanda bank faizləri soyğunçu xarakter daşıyır.
Bunu Əli Məsimli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.
"Hazırda ölkədə kredit faizləri ikirəqəmlidir və bu vəsaitləri real sektora qoymaq mümkün deyil. Bunlar ancaq ticarətdə 2-3 aylıq müddətdə effekt göstərə bilər. Amma istehsala qoyula bilməz. Bu baxımdan Azərbaycan Mərkəzi Bankı inflyasiyanı endirirsə, bank faizləri də aşağı enməlidir",- millət vəkili bildirib.
© “Qafqazinfo”, "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
1 gün sonra
“Azpetrol LTD” MMC “Top 100” vergi ödəyicisi siyahısında 38-ci yerdə
-
1 gün əvvəl
AYNA taksilərlə bağlı qaydaların dəyişdiyinə dair yayılan xəbərlərə aydınlıq gətirib
-
-
1 gün əvvəl
Daha bir neçə avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib
-
1 gün əvvəl
"Bank of Baku" “Top 100” vergi ödəyicisi siyahısında - BANK ÖTƏN İL 15 MİLYON MANAT VERGİ ÖDƏYİB
-
1 gün əvvəl
Unibankdan hər kəs üçün “Şənbə aksiyası” – 0 % komissiyalı kredit!
-
1 gün əvvəl
Macarıstanda Peter Magyarın qələbə qazanacağı proqnozlaşdırılır - Forint bahalaşır
-
1 gün əvvəl
Azərbaycan Dəmir Yolları daha çox taxıl və dənli bitkilər daşıyıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
İllik 18% gəlir vəd edən istiqrazların ticarətinə icazə verilib
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
“Azpetrol LTD” MMC “Top 100” vergi ödəyicisi siyahısında 38-ci yerdə
Unibankdan hər kəs üçün “Şənbə aksiyası” – 0 % komissiyalı kredit!
Azərbaycan Dəmir Yolları daha çox taxıl və dənli bitkilər daşıyıb
İnvestisiya Şirkətinin Müşahidə Şurasının sədri dəyişib
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
ʺBank Melli İranʺ Bakı filialının xalis mənfəəti azalıb
İllik 18% gəlir vəd edən istiqrazların ticarətinə icazə verilib
Britaniyanın Baş naziri və Tramp Hörmüz boğazı üçün hərbi variantları müzakirə edib
“Gəncə KOB evi” sahibkarlar üçün yeni imkanlar yaradır - MÜSAHİBƏ
Aprelin 11-də gözlənilən hava şəraiti
Lufthansa-da tətil 500-dən çox uçuşun ləğvinə səbəb olacaq























