KASKO sığortasında yeni kampaniya
PAŞA Sığorta şirkəti yay mövsümü ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin KASKO sığortasını əldə edəcək müştərilər üçün “Avtomobilini sığortala və yurdumuzu kəşf et!” adlı yeni hədiyyə kampaniyasına start verir.
Şirkətdən “Marja”ya daxil olmuş məlumata görə, avqustun 17-dək minimal 450 AZN məbləğində könüllü avtomobil sığortası (KASKO) üzrə müraciət edəcək müştərilər PAŞA Sığortadan hədiyyə olaraq 200 AZN nominaladək ölkədaxili səyahət kuponu qazanacaqlar.
Kampaniyanın şərtlərinə əsasən müştərilər 450-1000 AZN sığorta haqqına görə 100 AZN, 1000 AZN-dən yüksək KASKO sığortası üçün isə 200 AZN nominallı səyahət kuponları əldə edəcəklər. Müştərilər səyahət kuponlarını Nizami küç. 167 C ünvanında yerləşən “Spektr Travel” turizm şirkətinə təqdim etməklə ölkəmizin müxtəlif bölgələrinə səyahət sifariş edə və ya kuponun nominal məbləğinə uyğun endirimdən faydalana bilərlər.
Qeyd edək ki, PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
2 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 8 saat əvvəl
-
9 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!

























