"Bu baş versə, dollar üçün “sonun başlanğıcı” olacaq"
Putin bildirib ki, Rusiya Federasiyası heç vaxt özünün və ya dünya iqtisadiyyatını de-dollarizasiya etmək məqsədi qoymayıb"Rusiyanın heç vaxt özünün və ya dünya iqtisadiyyatının de-dollarizasiyası (dollarsızlaşma - red) hədəfi olmayıb".
Marja xəbər verir ki, bunu cümə günü Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (SPİEF) plenar iclasında bildirib.
"Mən bunu demək istəyirəm: Rusiya iqtisadiyyatının de-dollarizasiyası heç vaxt bizim hədəfimiz olmayıb. Bizim heç vaxt dünya iqtisadiyyatının dollarsızlaşmasına təsir etmək məqsədimiz olmayıb", - deyə o, plenar iclasda suala cavab verib.
Putin qeyd edib ki, konkret valyutanın dünya iqtisadiyyatına təsiri birbaşa bu valyutanın emitenti olan ölkənin iqtisadi potensialı ilə bağlıdır.
"ABŞ iqtisadiyyatı dünya iqtisadiyyatlarından biridir. Düzdür, indi alıcılıq qabiliyyəti paritetinə əsasən, Çin iqtisadiyyatı Amerika iqtisadiyyatını qabaqlayır", - prezident əlavə edib.
O vurğulayıb ki, böyük iqtisadiyyata malik ölkələrin dollar ilə ehtiyatları (rezervləri) ildən-ilə azalır. "Bəlkə kiminsə istədiyi kimi deyil, amma azalır. Dünya iqtisadiyyatında dollarla hesablaşmalar da azalır. Avro ilə hesablaşmalar da azalır, milli valyutada hesablaşmalar artır: məsələn, yuanla, bəzilərində ərəb ölkələrinin valyutaları ilə”, - dövlət başçısı bildirib. Onun sözlərinə görə, bu, təsadüfən baş vermir.
Putin qeyd edib ki, hətta “Avropada baş verən hadisələrdən” başqa, ortaq valyutaların yaradılması ideyası Latın Amerikasında da yaranıb, vahid valyutanın yaradılması ərəb dünyasında, eləcə də Asiyada müzakirə olunur. Yuanda hesablaşmaların payı fəal şəkildə artır.
“Yaxşı, əgər indi aparıcı ərəb ölkələrinin neft istehsalçıları neftə görə yuanla ödəniş qəbul etməyə hazır olduqlarını deyirlərsə, bilirsiniz, bizim bununla heç bir əlaqəmiz yoxdur”, - deyə o, yekunlaşdırıb.
Eyni zamanda, Rusiya lideri vurğulayıb ki, birjalarda bu tendensiya vüsət alacaqsa və ya başqa neft-qaz birjaları yaransa və hesablaşmalar dollarla aparılmasa, o zaman bu, dollar üçün “sonun başlanğıcı” olacaq.
Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu Rusiyanın ən böyük iqtisadi forumudur. 2023-cü il iyunun 14-dən 17-dək baş tutur.
Prezident Vladimir Putin Rusiya neftinin qiymət tavanını şərh edərkən dünya ticarətində bazardan kənar istənilən məhdudiyyətləri zərərli adlandırıb.
Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun plenar sessiyasındakı müzakirələr zamanı prezidentin digər bəyanatları:
- Rusiya tərəfdaşları, o cümlədən OPEC+ ölkələri ilə birlikdə iqtisadiyyatda siyasi motivli qərarları minimuma endirmək üçün qərarlar qəbul edir;
- Rusiyanın müxtəlif bazarlar üçün neftə fərqli endirimləri var, bəziləri üçün onlar minimaldır;
- Rusiya ümumilikdə neftin hazırkı qiymətlərindən razıdır;
- Rusiya şirkətləri neft tədarükünün yeni logistikasını qurur;
- Rusiya Federasiyasında enerji resurslarının istehsalı artır, "satış həcmləri layiqlidir";
- Rusiyanın neft və qaz bazarının əla inkişaf perspektivləri var;
- OPEC+-da bütün qərarlar siyasətdən kənarlaşdırılıb;
- Xarici məhdudiyyətlər Rusiya neft-qaz şirkətlərini daha peşəkar fəaliyyət göstərməyə, o cümlədən emal etməyə məcbur edir;
- Rusiya Federasiyasının tərəfdaşlarla birgə fəaliyyəti neft bazarında tarazlığı təmin etməyə imkan verir.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 3 saat əvvəl
-
-
5 saat əvvəl
“AQA”nın kredit təşkilatı 3 milyon 124 min manat xalis mənfəət açıqlayıb
-
7 saat əvvəl
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
-
8 saat əvvəl
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
- 9 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
1 gün əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib
Ən çox oxunanlar
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır







.jpg)




.jpg)









.jpg)


