Azərbaycanın şipris bazarına hakim olmaq istəyən şirkət gəlir və mənfəətini açıqladı
Şipris istehsalı ilə məşğul olan “Diamed Co” MMC 2022-ci ili 2 milyon 177 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2021-ci ili 2 milyon 411 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, “DİAMED CO” şirkətinin xalis mənfəəti 2022-ci ildə 2021-ci illə müqayisədə 234 min manat və ya 9,7% azalıb.
Marja.az xəbər verir ki, “Diamed Co” şirkətinin satışdan gəlirləri 2021-ci ildə 7 milyon 44 min manat ikən, 2022-ci ildə 7 milyon 690 min manata yüksəlib (646 min manat və ya 9,2% artıb). Ötən il satışların maya dəyəri isə 781 min manat artaraq 4 milyon 956 min manat olub.
Satışların maya dəyərinin gəlirdən daha çox artması, inzibati xərclərinin yüksəlməsi və maliyyə xərcləri ilə əlaqədar olaraq “DİAMED CO” şirkətinin xalis mənfəəti düşüb.
31 Dekabr 2022-ci il tarixində “Diamed Co” MMC 12 milyon 996 min manat cəmi aktivlərə malik olub (2021-ci ilin sonunda 12 milyon 701 min manat).
“Diamed Co “ Şpris İstehsalı zavodu Azərbaycanda şpris istehsal edən şirkətdir. Zavod 2017-2018-ci illərdə “Pirallahı Sənaye Parkı”nda inşa edilib. Müxtəlif tutumlu birdəfəlik şprislər istehsal edən zavodun illik istehsal gücü 150 milyon ədəddir.
Azərbaycan dövlətinin də iştirak payı olan “Diamed Co” şpris istehsalı zavodunun 16 May 2019- cu il tarixində açılışı olub.
Zavodun təsisçilərindən biri Aytən Quliyeva bildirmişdi ki, “Diamed Co” ölkəni 100 faiz şprislə təmin edəcək. Belə ki, zavodun illik istehsal gücü 150 milyon ədəddir. Halbuki statistik araşdırmalara görə, Azərbaycanın illik şpris tələbatı 130 milyona bərabərdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 3 gün sonra
-
-
4 d. əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 42 d. əvvəl
- 53 d. əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
1 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
















.jpg)



.jpg)
