Gədəbəydə qızıl hasil edən şirkət İran əsilli ABŞ vətəndaşına məxsusdur - "Fəaliyyətində pozuntulara yol verdiyinə dair ciddi şübhələr var"
Etiraz aksiyalarının keçirildiyi Gədəbəydə işlər Böyük Britaniyada qeydiyyatdan keçmiş "Anglo-Asian Mining" şirkətinin əsas payçısı olan və İran əsilli ABŞ vətəndaşı Rza Vəziriyə məxsus “R.V.İnvestment Group Services, LL USA” şirkəti tərəfindən aparılır.
Məlumata görə, artıq şirkətin fəaliyyətində müəyyən pozuntulara yol verilməsinə dair ciddi şübhələr var.
Təbii ki, mədən, hasilat və s. bu kimi məsələlərdə xarici tərəfdaşlarla bağlanan müqavilələrdə ekoloji məsələlərdən tutmuş sosial öhdəliklərə qədər hər şey nəzərə alınır və razılaşmada öz əksini tapır. Bu günə kimi “R.V.İnvestment Group Services, LL USA” şirkəti tərəfindən həmin ərazidə hər hansı sosial layihənin icra edilməsinə dair məlumat yoxdur və ehtimal etmək olar ki, şirkət bu istiqamətdə heç bir iş görməyib. Baxmayaraq ki, adətən başqa dövlətin ərazisində fəaliyyət göstərən şirkətlər sosial infrastruktur obyektləri yaradır, uşaq bağçaları, məktəblər, səhiyyə müəssisələri və s, obyektlər tikir və əhalinin istifadəsinə verirlər.
Bu istiqamətdə hər hansı nəzərəçarpacaq iş görməyən “R.V.İnvestment Group Services, LL USA” şirkətinin üstəlik ekoloji problemlərin yaranmasına və vətəndaşların narazılığına səbəb ola biləcək pozuntulara yol verməsi həm müqavilənin şərtlərini, həm də Azərbaycan qanunlarını pozması kifayət qədər düşündürücü məqamdır.
Hələlik komissiya öz sözünü deməyib və qənaətini bölüşməyib. Amma buna rəğmən təkcə “R.V.İnvestment Group Services, LL USA” deyil, ölkəmizdə fəaliyyət göstərən istənilən şirkət məsuliyyətli olmalı, qanunların tələblərini yerinə yetirməli, problem yaranıbsa, onu qısa zamanda aradan qaldırmalıdır. Onlar təkcə gəlirləri haqqında deyil, ən azından öz nüfuzları haqqında da düşünməlidirlər. Çünki belə hallar təkcə cərimə və digər sanksiyalara gətirib çıxartmır, həm də şirkətlərin istənilən yerdə layihələrə cəlb olunma imkanlarını məhdudlaşdırır.
© "Qafqazinfo"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
11 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir


















.jpg)

