Türkiyə və Rusiya alternativ taxıl ixracı marşrutlarını müzakirə edir
Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə telefon danışığı aparıb. İki nazir alternativ taxıl ixracı marşrutlarını müzakirə ediblər.
Danışıq zamanı meşə yanğınlarında istifadə olunacaq iri gövdəli yanğınsöndürmə təyyarələrinin Rusiyadan alınması da müzakirə edilib.
İnterfaks xəbər agentliyi Fidan və Lavrovun alternativ taxıl ixracı marşrutlarını müzakirə etdiklərini yazıb.
33 milyon tondan çox taxılın dünyanın müxtəlif bölgələrinə çatdırılmasını təmin edən müqavilə Rusiyanın müqavilə müddətini uzatmaq istəməməsi ilə sona çatıb.
Mövzu ilə bağlı Avropaya üzv ölkələr və ABŞ-dan sərt reaksiyalar və tənqidlər olsa da, Körfəz turu öncəsi açıqlamalar verən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, “Rusiya prezidenti Putinin bu humanitar körpünün davam etməsini istədiyinə inanıram” deyib. O, əvvəllər demişdi ki, bu məsələ ilə bağlı Putinlə telefonla danışa bilər.
2022-ci il iyulun 22-də İstanbulda keçirilən mərasimlə imzalanan müqavilənin müddəti iyulun 17-də başa çatıb.
Müştərilərin xəbərləri
Azərbaycan pambıq sektorunda tarixi ilk: "Prime Cotton" USDA NOP Orqanik Sertifikatını əldə edən ilk şirkət oldu
SON XƏBƏRLƏR
- 5 gün sonra
- 5 gün sonra
-
4 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 15 d. əvvəl
-
30 d. əvvəl
Mərkəzi Bank rəqəmsal valyutanın tətbiqi üzrə yol xəritəsi hazırlayır
- 45 d. əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
"Pul siyasətinin hədəfi 2026-cı ildə də inflyasiyanı 2-6% aralığında saxlamaqdan ibarət olacaqdır"
-
3 saat əvvəl
Mərkəzi Bankdan 2026-cı ildə Dollar/Manat məzənnəsi barədə açıqlama
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mərkəzi Bank 2026-cı il üçün pul siyasətinin əsas istiqamətləri barədə BƏYANAT yaydı
- 15 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Yaponiya hökuməti iqtisadi artım proqnozunu yüksəldib
Rəsmi məzənnələr açıqlandı
"Pul siyasətinin hədəfi 2026-cı ildə də inflyasiyanı 2-6% aralığında saxlamaqdan ibarət olacaqdır"
Mərkəzi Bankdan 2026-cı ildə Dollar/Manat məzənnəsi barədə açıqlama
Ən çox oxunanlar
Mərkəzi Bank 2026-cı ildə 8 dəfə faiz qərarı açıqlayacaq
Mərkəzi Bank 2026-cı il üçün pul siyasətinin əsas istiqamətləri barədə BƏYANAT yaydı
Xalq Bankdan illik 9% gəlir əldə etmək imkanı
“MJ Financial Services BOKT”ın səhmləri ticarətə buraxılır - TARİX
"Xalq Bank"ın istiqrazlarına abunə yazılışı başladı - ŞƏRTLƏR
"AccessBank" "AzVirt" şirkətinə kredit təqdim edəcək - MƏBLƏĞ




















