Azərbaycan bankı 147 milyon manata yaxın xalis mənfəət açıqladı
"Kapital Bank" ASC 2023-cü ilin birinci yarısını (yanvar-iyun) 146 milyon 691 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 127 milyon 71 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Kapital Bank"ın xalis mənfəəti 2023-cü ilin birinci yarısında ötən ilin eyni dövrü ilə müqayisədə 19 milyon 620 min manat və ya 15,4% artıb.
Marja.az xəbər verir ki, 2022-ci ilin birinci yarısı ilə müqayisədə 2023-cü ilin birinci yarısında "Kapital Bank"ın faiz gəlirləri 15,3% artaraq 335 milyon 791 min manat, qeyi-faiz gəlirləri isə 8,9% aratarq 205 milyon 809 min manat təşkil edib.
2023-cü ilin birinci yarısında "Kapital Bank" ASC-nin cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 541 milyon 600 min manat, cəmi əməliyyat xərcəri (faiz və qeyri-faiz xərcləri) 327 milyon 372 min manat, əməliyyat mənfəəti 214 milyon 228 min manat təşkil edib. Bank əməliyyat mənfəətindən 28 milyon 91 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlar ayırıb və 39 milyon 446 min manat mənfəət vergisi ödəyib.
Müqayisə üçün qeyd edək ki, 2022-ci ilin birinci yarısında "Kapital Bank"ın cəmi əməliyyat gəlirləri 480 milyon 348 min manat, cəmi əməliyyat xərcləri 256 milyon 122 min manat, əməliyyat mənfəəti 224 milyon 226 min manat təşkil etmişdi.
"Kapital Bank"ın əməliyyat gəlirlərinin 61 milyon 252 min manat artmasına qarşılıq, əməliyyat xərcləri 71 milyon 250 min manat artıb. Bu səbəbdən cari ildə Bankın əməliyyat mənfəəti 9 milyon 998 min manat daha az olub. Xalis mənfəətin artması isə mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara yarımillik ayırmanın 60 milyon 744 min manatdan 28 milyon 91 min manata düşməsilə əlaqədardır.
CƏMİ AKTİVLƏRİ 8 MİLYARD AMANAT YAXINLAŞIB
"Kapital Bank" ASC-nin cəmi aktivləri ötən ilin birinci yarısının sonu ilə müqayisədə 338 milyon 297 min manat və ya 4,4% artaraq 30 İyun 2023-cü il tarixində 7 milyard 944 milyon 408 min manat təşkil edib. Ötən ilin 30 İyun tarixində Bank 7 milyard 606 milyon 111 min manat cəmi aktivlər əmalik idi.
Qeyd edək ki, 2022-ci ilin sonunda "Kapital Bank" ASC-nin cəmi aktivləri 7 milyard 822 milyon 172 min manata çatmışdı.
"Kapital Bank" ASC-nin kredit portfeli (müştərilərə verilmiş kreditlər) ötən ilin sonu ilə müqayisədə 389 milyon 918 min manat və ya 12,3% artaraq 3 milyard 547 milyon 687 min manata çatıb.
Ötən ilin sonu ilə müqayisədə cari ilin ilk 6 ayı ərzində "Kapital Bank"da depozitlər 140 milyon 322 min manat və ya 2,3% artaraq 6 milyard 238 milyon 948 min manata yüksəlib.
30 İyun 2023-cü il tarixində "Kapital Bank" ASC 773 milyon 901 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
-
8 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
9 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
10 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI





















