Bakı-Supsa kəmərinin bir hissəsi separatçıların nəzarətinə keçib
Bakı-Tbilisi-Supsa neft kəmərinin Karapila kəndi ərazisindən keçən hissəsi Cənubi Osetiya separatçılarının nəzarətinə keçib. Bu barədə Gürcüstanın "Rezonansi" qəzeti yazıb.
Gürcüstanın Xarici İşlər Nazirliyi baş verənləri təxribat adlandırıb və işğalın davam etdirilməsi kimi qiymətləndirib. "Bu hadisə insan haqlarının pozulması prosesinin davamıdır. Biz beynəlxalq tərəfdaşlarımızın dəstəyi ilə baş verənləri dayandırmağa çalışırıq. Biz faktı kəskin pisləyirik. Bu, ilk növbədə təxribatdır. Bizim siyasətimiz bu prosesi beynəlxalq tərəfdaşlarımızla birgə dayandırmağa yönəlib", - deyə xarici işlər naziri Mixail Canelidze bildirib.
Faktı Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətində də təsdiqləyiblər.
Gürcüstan parlamentinin Müdafiə və təhlükəsizlik komitəsinin sədri İrakli Sesiaşvili bildirib ki, Bakı-Tbilisi-Supsa kəməri layihələndirilərkən bütün risklər nəzərə alınıb və alternativ variantlar mövcuddur. Hakim partiyanın üzvü qeyd edir ki, hakimiyyət mövcud riskləri maksimum azaltmağa çalışır və bunun üçün beynəlxalq tərəfdaşlarla aktiv əməkdaşlıq edir:
"Təəssüf ki, bu inzibati sərhədlər Mixeil Saakaşvilinin göstərişi ilə öncəki hakimiyyət tərəfindən müəyyənləşdirilib. Bu, reallıqdır. İşğalçılar bu inzibati sərhədləri də pozmaqdadır. Neft kəməri də bu sərhədlərlə toqquşur, lakin alternativ variantlar var və onlar öncədən nəzərə alınıb. Təhlükə o qədər də böyük deyil. Ən ciddi təhlükə ondadır ki, bizim torpaqlarımız işğal olunub və orada hərbi bazalar yerləşdirilir. Bu mövzuda ətraflı danışa bilmərəm, lakin bir daha təkrar edirəm ki, risklər öncədən nəzərə alınıb".
Qafqaz araşdırmalar mərkəzinin rəhbəri Mamuka Areşidze hesab edir ki, Cənubi Osetiya sərhədlərinin Gürcüstanın içərilərinə doğru çəkilməsində məqsəd Tbilisini “sözəbaxan” etmək, Avroatlantika strukturlarına inteqrasiyadan çəkindirməkdir. Areşidzenin sözlərinə görə, ehtimal var ki, rusların Gürcüstanın içərilərinə doğru irəliləməkdə məqsədi Cənubi Qafqazda Ermənistanla Rusiyanı birləşdirən əsas magistral yola çıxış əldə etməkdir.
“Onlar Dağlıq Qarabağda müharibə zamanı Cənubi Qafqazda eskalasiya halında bu yoldan öz məqsədləri üçün istifadə etməyə çalışırlar. Məsələ ondadır ki, bu şayiələri Rusiya nümayəndələrinin özləri kuluarlarda yayır. Deyirlər ki, Dağlıq Qarabağda müharibə başlasa, zərurət yaranarsa, Txinvalidən Gümrüyə gedən yoldan istifadə edəcəklər. Rusların bu yola yaxınlaşmaq üçün açıq-aşkar hərəkətləri müşahidə olunmur, ancaq Rusiyanın tədricən və inamla atdığı addımlar düşünməyə əsas verir”, - Areşidze bildirib.
Hazırda ruslar Gürcüstanı Ermənistanla birləşdirən əsas magistral yoldan cəmi 1 kilometr məsafədə mövqe tutublar.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
6 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)








.jpg)




