13 milyon manat haqq qarşısında 460 milyon manatlıq təminat
Aqrar Sığorta Fondu sığortalanan əkin sahələri və təsərrüfatları açıqlayıbAqrar Sığorta Fondu 2023-cü ilin yanvar-iyun ayları ərzində sığortalanan təsərrüfatları və toplanan sığorta haqlarının həcmini açıqlayıb.
Fonddan Marja-ya verilən məlumata görə, cari ilin ilk 6 ayı ərzində Aqrar Sığorta Fondu tərəfindən 326 min hektar əkin sahələrinin sığortalanması barədə müqavilələr imzalanıb.
Aqrar Sığorta Fondunun məlumatına görə, bu müqavilələr üzrə fermer və təsərrüfatlara 437 milyon manatlıq sığorta təminatı verilib.
Ən çox sığortalanan əkinlər – buğda, arpa, pambıq, qarğıdalı, fındıq, şəkər çuğunduru, çəltik və üzüm sahələri, eləcə də meyvə bağlarıdır.
Hesabat dövründə bitkiçilik, əkin sahələrinin sığortası üzrə 11 milyon manat həcmində sığorta haqqı ödənilib.
Qanunvericiliyə əsasən, fermerlərə dövlət dəstəyi məqsədilə sığorta haqlarının 50%-i dövlət tərəfindən ödənilir. Buna uyğun olaraq əkin sahələri üzrə sığorta haqlarının 5,5 milyon manatı fermerlər tərəfindən, digər 5,5 milyon manatı isə fermerlərə dəstək üçün dövlət tərəfindən ödənilib.
2023-cü ilin yanvar-iyun aylarında Aqrar Sığorta Fondu tərəfindən 4 506 kənd təsərrüfatı heyvanı sığortalanıb.
Sığortalanan heyvanlardan 4010-u iri buynuzlu (inək və camışlar) və 496-sı isə xırda buynuzlu (qoyunlar) heyvanlardır. Heyvan sığortaları üzrə verilmiş sığorta təminatı 20,6 milyon manat təşkil edir.
Heyvandarlıq sığortası üzrə 2,154 mln manat sığorta haqqı toplanmışdır. Bu vəsaitin yarısı, yəni 1 milyon 77 min manatı fermerlər tərəfindən, digər yarısı isə fermerlərə dəstək məqsədilə dövlət tərəfindən ödənilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
7 d. əvvəl
Kapital Bank güzəştli kreditlərin verilməsinə dair müqavilə imzalayıb
-
-
8 d. əvvəl
Azərbaycan Kredit Bürosu ilə Çinin Pudao Kredit Bürosu arasında görüş keçirilib
-
29 d. əvvəl
Azərbaycanda orta maaş 5 faizdən çox artaraq 1099,1 manat təşkil edib
-
34 d. əvvəl
"Expressbank"ın biznes kreditləri portfeli 200 milyon manat səviyyəsini keçib
-
41 d. əvvəl
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
- 52 d. əvvəl
- 57 d. əvvəl
-
1 saat əvvəl
“Bağçalı” otelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib
Xalq Bank I rübün yekunlarını açıqladı
Ən çox oxunanlar
Çinin ixracı yavaşlayıb
Azərbaycan neftinin son qiyməti
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Azərbaycanda median aylıq kirayə haqqı 1000 manatı keçib
















.jpg)









