Tanzaniya “ASAN xidmət” təcrübəsini tətbiq edəcək
Tanzaniya “ASAN xidmət” təcrübəsini tətbiq edəcək.
Bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial innovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verəcək.
Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Tanzaniya Birləşmiş Respublikasına səfər edib.
Səfər çərçivəsində Tanzaniyanın informasiya, kommunikasiya və informasiya texnologiyaları naziri Nape Nnauye, həmçinin Prezident Ofisinin dövlət xidmətləri və qabaqcıl idarəetmə üzrə naziri Corc Simbaçavene ilə görüşlər baş tutub.
Tanzaniyanın informasiya, kommunikasiya və informasiya texnologiyaları naziri ilə görüşdə Dövlət Agentliyinin sədri tərəfindən “ASAN xidmət”in fəaliyyəti zamanı tətbiq olunan rəqəmsal həllər, dövlət xidmətlərinin göstərilməsi, startaplara dəstək və sosial innovasiyalar sahəsində həyata keçirilən işlər barədə ətraflı məlumat verilib.
Tanzaniyalı nazir unikal bir model kimi “ASAN xidmət”in fəaliyyətindəki müasir texnologiyaların və innovativ həllərin ölkəsində tətbiqində maraqlı olduqlarını bildirib. Həmçinin o, Dövlət Agentliyi ilə sözügedən istiqamətlər üzrə Anlaşma Memorandumunun imzalanması təşəbbüsü ilə çıxış edib və bu barədə ilkin razılıq əldə olunub.
Tanzaniya Prezident Ofisinin dövlət xidmətləri və qabaqcıl idarəetmə üzrə naziri ilə görüşdə qarşı tərəf Tanzaniyanın Vitse-prezidenti Filip İsdor Mpanqonun cari ilin mart ayında Azərbaycana səfərini və bu çərçivədə “ASAN xidmət” ilə tanışlığını məmnunluqla qeyd edib. Həmçinin Dövlət Agentliyinin nümayəndə heyətinin Tanzaniyaya səfərinin xüsusi önəm kəsb etdiyini bildirib.
Görüş çərçivəsində “ASAN xidmət”in və Dövlət Agentliyinin digər fəaliyyət istiqamətləri üzrə geniş təqdimatlar edilib və müzakirələr aparılıb. Qeyd olunan istiqamətlər üzrə ölkəmizin təcrübəsinin öyrənilməsi məqsədilə Tanzaniya nümayəndə heyətinin Azərbaycana səfərinin təşkil olunması ilə əlaqədar razılıq əldə olunub. Sözügedən görüşdə Tanzaniya Birləşmiş Respublikasının Prezident Ofisinin müxtəlif şöbələrinin rəhbərləri və digər yüksək vəzifəli şəxslər də iştirak ediblər.
Tanzaniyada baş tutan görüşlərdə Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasındakı müvəqqəti işlər vəkili Ruslan Nəsibov da iştirak edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 1 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
"Bakı Ağ Şəhər"də yeni iri məhəllənin inşası ilə bağlı mühüm müqavilə imzalandı
-
6 saat əvvəl
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
-
7 saat əvvəl
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
-
7 saat əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
Ən çox oxunanlar
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib
















.jpg)



