ABŞ-da ehtiyatlar kəskin azaldı, neft bahalaşır
ABŞ-da özəl sektorun açıqladığı məlumata görə, neft ehtiyatları kəskin azalıb. Məlumat, "neft bolluğuna" dair narahatlıqları bir qədər azaldıb və nəticədə də neft qiymətləri yeddi həftənin ən yüksək səviyyəsinə qalxıb.
Neft əvvəlki iki seansda 4.6% bahalaşdıqdan sonra 1.4 faizə qədər yüksəlib.
Sektorun maliyyələşdirdiyi Amerika Neft İnstitutunun (API) məlumatlarına görə, neft ehtiyatları ötən həftə 10.2 milyon barrel düşüb. Əgər bu azalma Çərşənbə günkü rəsmi ehtiyat göstəricilərində də eyni ölçüdə baş verərsə, Sentyabr ayından bu yana ən kəskin azalma olacaq. Birləşmiş Ərəb Əmirlikləri, OPEC-in hasilatın azaldılması müqaviləsinə riayət edəcəyini və məhdudlaşdırmanı daha da dərinləşdirəcəyini qeyd edib.
Neft, artan qlobal təklifin Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) və aralarında Rusiyanın da olduğu tərəfdaşlarının hasilatı azaltmalarının təsirini siləcəyi narahatçılıqları ilə May ayından bu yana bareli 50 dollar səviyyəsindən aşağı idi. ABŞ-da neft ehtiyatları güclü mövsümi tələb dövründə azalmaqda davam edir, ancaq ölkə miqyasında ehtiyatlar hələ də son beş il orta göstəricisindən 100 milyon barrel çoxdur.
"Əgər neft qiymətləri 40 dollara düşərsə, bazarda tələb və təklif tarazlığına daha sürətli nail olmaq olar, ancaq qiymət 50 dolların üzərində olsa, təklif yenidən artacaq və bazar yenidən bir müddət çətib vəziyyətində qalacaq",- analitiklər bildirirlər.
Bakı vaxtı ilə 08:45-ə olan məlumata görə, Qərbi Texas (WTI) nefti 65 sent yüksələrək bareli 48.54 dollara, Brent nefti 44 sent yüksələrək bareli 50.64 dollara qədər qalxıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 gün sonra
- 3 d. əvvəl
-
- 4 d. əvvəl
- 17 d. əvvəl
- 19 d. əvvəl
-
31 d. əvvəl
Ticarət şəbəkələrinin açıq məkanda reklamların yerləşdirilməsi ilə bağlı çətinlikləri var
- 41 d. əvvəl
-
1 saat əvvəl
2 ayda banklar 190 milyon manata yaxın xalis mənfəət əldə ediblər
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
Fevralda ödəniş kartlarının sayı 191 min ədəd artıb
Qanlı Göl yeni layihə əsasında abadlaşacaq
Ticarət şəbəkələrinin açıq məkanda reklamların yerləşdirilməsi ilə bağlı çətinlikləri var
2 ayda banklar 190 milyon manata yaxın xalis mənfəət əldə ediblər
Expressbank növbəti ekoloji layihəyə tərəfdaşlıq edib
Ən çox oxunanlar
Bank sektorunda son vəziyyət açıqlandı - YENİ RƏQƏMLƏR
26 dərəcə isti gözlənilir - Aprelin 3-ə olan hava proqnozu
Mərkəzi Bank valyuta ehtiyatlarının daha da artdığını açıqladı
Azərbaycanın lombard şirkətinə əlavə maya qoyulur
Birbank-ın “Qazandıran bahar” kampaniyası ilə əlavə bonuslar qazanın

















