970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Gəncənin dönərxanalarına toyuq əti paylayan sex anti-sanitar şəraitdə fəaliyyət göstərib

AzVak-mobil_resmin_ustu_31
Gəncənin dönərxanalarına toyuq əti paylayan sex anti-sanitar şəraitdə fəaliyyət göstərib
iç səhifə xəbər şəkil altı (mobil)_32

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) daxil olan şikayət əsasında, Gəncə şəhəri, Əli Məmmədov küçəsi 1A ünvanında fiziki şəxs Mustafayev Telman Şükür oğluna məxsus toyuq ətinin emalı sexində Agentlik əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib.

Marja.az xəbər verir ki. baxış zamanı sexin qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi, baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarının tələblərinin pozulduğu, toyuq budunun sümükdən ayrılması prosesinin antisanitar şəraitdə aparıldığı, həmçinin donmuş toyuq ətinin donunun açılması qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə uyğun olmadan kustar üsulla, açıq hava şəraitində və günəş şüalarının altında həyata keçirildiyi, eyni zamanda sümükdən ayrılmış toyuq ətlərinin sahibkar tərəfindən Gəncə şəhəri ərazisində fəaliyyət göstərən dönərxanalara paylandığı məlum olub.

Yoxlama zamanı toyuq budu və sümükdən ayrılmış toyuq ətindən sınaqların aparılması məqsədilə nümunələr götürülərək AQTİ-nin müvafiq laboratoriyasına göndərilib, sınaq nəticələri məlum olanadək sözügedən məhsullar saxlanca qoyulub. Nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq inzibati protokol tərtib edilib, icrası məcburi göstərişlər verilib, məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilərək müəssisənin fəaliyyəti dayandırılıb.

AQTA əhalinin təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində nəzarət tədbirlərini davam etdirir.

16.08.2023 16:43
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-1_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 4-cü_19