Bu BOKT uğurlu idarə olunur, böyüyüb, xalis mənfəəti kəskin artıb
Bank Olmayan Kredit Təşkilatı "İnternational" ASC 2023-cü ilin ilk 6 ayını (yanvar-iyun) 1 milyon 842 min manat xalis mənfəət ilə başa vurub. Təşkilat 2022-ci ilin ilk 6 ayını 947 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "İnternational" ASC-nin xalis mənfəəti 895 min manat və ya 94,5% artıb.
GƏLİRLƏRİ ARTIB
Marja.az Təşkilatın yarımillik hesabatına istinadən xəbər verir ki, 2023-cü ilin ilk 6 ayı ərzində BOKT "İnternational"ın faiz gəlirləri 5 milyon 759 min manat, qeyri-faiz gəlirləri 1 milyon 425 min manat təşkil edib. Ötən ilin ilk 6 ayında Kredit təşkilatının faiz gəlirləri 4 milyon 446 min manat, qeyri-faiz gəlirləri 1 milyon 90 min manat təşkil etmişdi.
TƏŞKİLAT BÖYÜYÜB MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB
30 iyun 2022-ci il tarixində BOKT "İnternational"ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 20 milyon 777 min manat ikən, 30 iyun 2023-cü il tarixində 27 milyon 375 min manata çatıb. Təşkilatın cəmi aktivləri isə 23 milyon 300 min manatdan 29 milyon 353 min manata yüksəlib.
Son 12 hesabat ayında Təşkilatın işçilərinin sayı 222 nəfərdən 290 nəfərə yüksəlib.
FİLİAL ŞƏBƏKƏSİNİ GENİŞLƏNDİRİR
Xəbər verdiyimiz kimi, Bank Olmayan Kredit Təşkilatı “İnternational” ASC filial şəbəkəsini genişləndirir. Bu yaxınlarda Kredit təşkilatı 5 yeni filialını açaraq cəmi sayını 35-ə yüksəldib. Daha 20 filialın açılması nəzərdə tutulur.
BOKT "İnternational" ASC-nin nizamnamə kapitalının100%-i Həsənov Rifat Vaqif oğluna məxsusdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 d. əvvəl
"Bakı Ağ Şəhər"də yeni iri kvartalın inşası ilə bağlı mühüm müqavilə imzalandı
-
41 d. əvvəl
"Sizin Lombard" ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib.
-
49 d. əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Ən çox oxunanlar
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib
Qeyri-həyat könüllü sığortalarında ödəniş yükü daha aşağıdır
Həyat sığortası yığımlarda liderdir
Könüllü sığortalar bazarın əsas hissəsini formalaşdırıb






.jpg)












.jpg)



