Balıq bazarı ilə bağlı bazar araşdırması aparılıb
Müvafiq sahədə biznesə başlamaq və fəaliyyətini genişləndirmək istəyən KOB subyektləri balıq bazarı ilə bağlı bazar araşdırmasından faydalana bilərlər.Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşəbbüsü ilə balıq bazarı ilə bağlı daxili bazar araşdırması aparılıb.
Marja.az KOBİA-nın yaydığı məlumata istinadən xəbər verir ki, bazar araşdırmasında Azərbaycanda balıq bazarının həcmi, bu sahənin son illərdəki inkişaf dinamikası, endemik və idxal olunan balıq növlərinin bazar payı, balığın idxal və ixracı, istehlakçıların seçiminə təsir edən amillər, eləcə də balıq istehsalı ilə əlaqədar sahibkarlıq subyektlərini və bu sahədə biznesə başlamaq istəyənləri maraqlandıran məsələlər öz əksini tapıb. Balıq bazarına dair bazar araşdırması ilə KOBİA-nın saytından tanış olmaq olar (https://bit.ly/3EirpGR).
Qeyd edək ki, KOBİA tərəfindən sahibkarlar arasında aparılan sorğular və daxil olmuş müraciətlər əsasında indiyədək Agentliyin təşəbbüsü ilə 26 daxili bazar araşdırması aparılıb. Qida və qeyri-qida sahələrini əhatə edən bu bazar araşdırmalarından sahibkarlar ödənişsiz olaraq faydalana bilərlər.
Eyni zamanda sahibkarlıq subyektləri onları maraqlandıran sahələr üzrə daxili bazar araşdırmasının aparılması üçün dövlət dəstəyi mexanizmindən faydalana bilərlər. Sahibkarın müraciəti əsasında aparılan bazar araşdırması hesabatı üzərində mülkiyyət hüququ yalnız həmin sahibkara məxsus olur və ictimaiyyətə açıqlanmır. Belə araşdırmaların aparılması üçün 20 min manata qədər dövlət dəstəyi nəzərdə tutulur. Müxtəlif sahələrdə biznesə başlamaq, yeni məhsul və xidmətlər yaratmaq istəyən KOB subyektləri bazar araşdırmasının aparılması üçün KOBİA-ya müraciət edə bilərlər. Ətraflı məlumat üçün: https://bit.ly/3sp277A
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 5 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər







.jpg)









.jpg)






