Türkiyənin xarici ticarət kəsiri artıb - 82,4 MİLYARD DOLLAR
Türkiyə Ticarət Nazirliyi avqust ayı üzrə xarici ticarət məlumatlarını açıqlayıb.
Marja.az xəbər verir ki, 2023-cü ilin avqust ayında ötən ilin eyni ayı ilə müqayisədə Türkiyənin ixracı 1,6% artaraq 21 milyard 619 milyon dollar, idxal isə 6,3% azalaraq 30 milyard 494 milyon dollar olub.
Xarici ticarət kəsiri avqust ayında ötən ilin eyni ayına nisbətən 21,2% azalaraq 8 milyard 875 milyon dollara enib.
2023-cü ilin yanvar-avqust (8 ay) dövründə Türkiyənin ixracı 0,4 faiz azalaraq 164 milyard 907 milyon dollar, idxal isə 3,5 faiz artaraq 247 milyard 321 milyon dollar olub.
2023-cü ilin 8 ayında xarici ticarət kəsiri ötən ilin eyni dövrü ilə müqayisədə 12,1% artaraq 82 milyard 414 milyon dollar olaraq qeydə alınıb.
Ən çox ixrac Almaniyaya edilib
Avqust ayında Türkiyə ən çox ixrac etdiyi ölkələr; Almaniya (1 milyard 783 milyon dollar), ABŞ (1 milyard 322 milyon dollar) və İraq (1 milyard 91 milyon dollar) olub. İxracda ən böyük paya malik ilk 10 ölkənin ümumi ixracatdakı payı 46,3 faiz təşkil edib.
Avqust ayında ən çox mallar idxal edilən ölkələr; Çin (3 milyard 828 milyon dollar), Rusiya (3 milyard 420 milyon dollar) və Almaniya (2 milyard 556 milyon dollar) olub. İdxalda ən böyük paya malik ilk 10 ölkənin ümumi idxalda payı 60,8 faiz olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
2 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır
















.jpg)








