Apple 12 sentyabrda iPhone 15 modellərini təqdim edəcək
ABŞ-ın Apple şirkəti çərşənbə axşamı günü Kaliforniya ştatının Kupertino şəhərindəki qərargahında ilin ən böyük təqdimat tədbirini keçirəcək və burada iPhone 15 də daxil olmaqla yeni avadanlıq təqdim edəcəyi gözlənilir.
Marja.az-ın məlumatına görə, Texnologiya nəhəngi ümid edir ki, yeni modelllər iPhone-lar satışının azalmasının qarşısını alacaq, Huawei-nin yenilənmiş rəqabətini dəf edəcək və Android telefon sahiblərini dəyişməyə inandıracaq.
iPhone 15: USB-C və titan
Apple-ın 4 yeni iPhone modelini təqdim edəcəyi gözlənilir. Biri 6,1 düymlük, digəri isə 6,7 düymlük ekrana malik orta səviyyəli iPhone modellərini, həmçinin titan korpuslu və daha yaxşı kameralı 2 yüksək səviyyəli “Pro” telefonların təqdim olunacağı gözlənilir.
Bu il ən böyük dəyişikliyin 2012-ci ildə iPhone-a şarj (enerji doldurma) təmin edilən Apple-ın xüsusi Lightning portunu əvəz edəcək USB-C şarj portu olacağı gözlənilir.
Apple Watch
Keçən il Apple, Apple Watch Series 8-i və sentyabr ayında Ultra adlı yeni yüksək səviyyəli titan modelini buraxıb.
Apple-ın saatları ümumiyyətlə iPhone-lar kimi ildən-ilə böyük dəyişikliklərə məruz qalmasa da, hər ikisinin bu il yeniləmələri ehtimalı var. Apple-ın əsas saatları 2018-ci ildən bəri eyni ölçüdə və formadadır.
Analitiklərin fikrincə, şirkətin saatların çipini təkmilləşdirməsi, həmçinin tibbi sensorları yeniləməsi gözlənilir. Lakin Apple gələn il cihazın 10 illik yubileyində daha böyük dəyişiklikləri qeyd edə bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 2 gün sonra
-
-
5 d. əvvəl
Azər Türk Bank təqaüdçülərə 9,9%-dən başlayan istehlak kreditləri təklif edir
-
12 d. əvvəl
HONOR 600 Seriyasının Azərbaycanda möhtəşəm təqdimatı keçirildi
-
21 d. əvvəl
İllik 15% gəlir təklif edən istiqrazlara 53 investor 53 sifariş təqdim edib, 100% yerləşdirilib
-
1 saat əvvəl
Azərbaycan gələn il neft-qaz sektorunda azalmanın dayanacağını proqnozlaşdırır
-
1 saat əvvəl
İri bank qızılın qiymətinin 2027-ci ildə 6 min dollara çatacağını gözləyir
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
İlk 4 ayda Azərbaycanın qeyri neft-qaz sektoru 0,7 faiz artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 29 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
İllik 15% gəlir təklif edən istiqrazlara 53 investor 53 sifariş təqdim edib, 100% yerləşdirilib
Prezident İlham Əliyev Qazaxıstanda səfərdədir
Ən çox oxunanlar
Mayın 16-da gözlənilən hava şəraiti
“Unibank” yeni iri həcmli maliyyə vəsaiti cəlb edib
İlk 4 ayda Azərbaycanın qeyri neft-qaz sektoru 0,7 faiz artıb
SOCAR-ın prezidenti TPAO şirkətinin nümayəndə heyəti ilə görüşüb
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 29 GÜN
Azərbaycanın aparıcı toyuq əti istehsalçısı yenidən təşkil olunur
AZAL bu gündən Dubay istiqamətində uçuşları bərpa edir
"Norm" şirkəti WUF13 ilə bağlı tədbirdə yer alıb







.jpg)





.jpg)






