Türkiyədə ev alan Azərbaycan vətəndaşları azalıb
2023-cü ilin Avqust ayında Azərbaycan vətəndaşları Türkiyədə 75 ev alıblar.
Marja.az bu barədə Türkiyə Statistika Xidmətinə istinadən xəbər verir.
Azərbaycan vətəndaşları ötən ilin avqustunda Türkiyədə 106 ev almışdılar.
2023-cü ilin 8 ayı ərzində (yanvar-avqust) Azərbaycan vətəndaşları Türkiyədə 544 ev alıblar. Bu say ötən ilin 8 ayında 873 idi.
Türkiyədə ən çox ev satışı Rusiya vətəndaşlarına edilib. Avqust ayında Rusiya Federasiyası vətəndaşları Türkiyədən 733 ev alıblar. Rusiya vətəndaşlarının ardınca 342 ev alışı ilə İran, 220 ev alışı ilə İraq və 141 ev alışı ilə Qazaxıstan vətəndaşları gəlir.
Avqust ayında əcnəbilərə 3 min 58 ev satılıb. Əcnəbilərə ev satışı avqust ayında əvvəlki ilin eyni ayına görə 42,0% azalaraq 3 min 58-ə düşüb. Avqust ayında xaricilərə mənzil satışının ümumi mənzil satışlarında payı 2,5% təşkil edib. Xaricilərə mənzil satışında 1066 ev satışı ilə İstanbul birinci yerdədir. İstanbulun ardınca 919 ev satışı ilə Antalya və 248 ev satışı ilə Mersin gəlir.
Türkiyədə əcnəbilərə mənzil satışı yanvar-avqust dövründə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 43,6% azalaraq 25 min 134-ə geriləyib.
Müştərilərin xəbərləri
"McDonald's Azərbaycan" şəhid və qazi ailələrinin uşaqları ilə birlikdə Uşaqların Beynəlxalq Müdafiəsi Gününü qeyd edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 2 d. əvvəl
-
- 12 d. əvvəl
-
29 d. əvvəl
Sənət, şəhər və yaşayışın gələcəyi - Bahar Residence-də fərqli bir gün
- 44 d. əvvəl
-
49 d. əvvəl
Unicapital “Mən də investor ola bilərəm” layihəsini həyata keçirib
-
51 d. əvvəl
“AzInTelecom” uşaqlar üçün rəqəmsal təhlükəsizlik sessiyası keçirib
-
1 saat əvvəl
Aşağı büdcəli aviaşirkət Daşkənddən Bakı və Gəncəyə uçuşlara başlayıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
İlham Əliyev “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxış edib
-
1 saat əvvəl
ABŞ Dövlət katibinin iqtisadi məsələləri üzrə köməkçisi Azərbaycanda səfərdədir
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
Köhnə Bakı həyətlərindən gələcəyin yaşayış modelinə
Unicapital “Mən də investor ola bilərəm” layihəsini həyata keçirib
Mülki Aviasiya İşçilərinə ÖZƏL KREDİT TƏKLİFİ
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
Neft 2 faizdən çox bahalaşıb
Qlobal bazarlar Trampın qərarını gözləyir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 12 GÜN
















.jpg)





