Dünya Türk İş Şurasının Azərbaycan nümayəndəsi təyin olundu
Dünya Türk İş Şurasının 10-cu Konqresi İstanbulda keçirilib.Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi açılışında iştirak etdiyi, Türk dövlətlərindən nazirlərin və rəsmilərin iştirakı ilə keçirilən Dünya Türk İş Şurasının 10-cu Konqresində Barış Altıparmak Dünya Türk İş Şurasının (DTİK) Azərbaycan nümayəndəsi olaraq təyin olunub.
1996-cı ildə yaradılmış olan Dünya Türk İş Şurasının 10-cu Konqresi İstanbulda keçirilib.
Konqres Türk Dövlətləri Təşkilatı üzv ölkələrin, dünyanın müxtəlif yerlərindən yüksək vəzifəli nümayəndələrin iştirakı ilə keçirilib.
Konqresin açılışında Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib. O çıxışında “Türk Dövlətlərinin Təşkilatı: Beş Dövlət Bir Diaspor” şüarı ilə fəaliyyət göstərən Dünya Türk İş Şurasının Türk Dövlətləri Təşkilatına üzv ölkələr, həmçinin qlobal miqyasda əhəmiyyətini qeyd edib. Prezident Rəcəb Tayyib Ərdoğan Dünya Türk İş Şurasının Türkiyə və Türkiyəyə dost olan ölkələrdə nə qədər əhəmiyyətli olduğunu bir daha vurğulayıb və Konqresin fəaliyyətlərində uğurlar arzuladığını bildirib. Həmçinin diaspora və iqtisadiyyatın inkişafı üçün Dünya Türk İş Şurasına üzv və nümayəndə seçkiləri nəticəsində yaşadığı ölkələrə qayıdacaq olan diaspora və Dünya Türk İş Şurasının nümayəndələrinə Türkiyə Prezidentinin salamlarını çatdırmalarını bildirib.
Tədbirdə Türk Dövlətləri Təşkilatı ilə Dünya Türk İş Şurası arasında Əməkdaşlıq Sazişi də imzalanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz






















