“Starlink” peyk xidmətlərinin Azərbaycanda aktivləşdirilməsi təxirə salınıb
ABŞ-ın “SpaceX” şirkətinə məxsus “Starlink” peyk xidmətlərinin Azərbaycan ərazisində aktivləşdirilməsi 2024-cü ilə qədər təxirə salınıb.
Bu barədə telekommunikasiya bazarındakı mənbəyə istinadən xəbər verilir.
Şirkətin bundan əvvəl yaydığı məlumata görə, Azərbaycan vətəndaşları “Starlink” peyk xidmətlərindən bu ilin IV rübündən - oktyabr-dekabr aylarından etibarən istifadə edə bilərdi.
"Starlink" hələlik xidmətinin və avadanlıqlarının qiymətlərini açıqlamasa da, depozit məbləğini müəyyən edib. Belə ki, peyk xidmətlərindən istifadə etmək istəyənlər bunun üçün öncədən sifariş vermək üçün 9 ABŞ dolları (15,3 manat) ödəməli olacaqlar. Müştəri fikrini dəyişdiyi zaman “SpaceX” həmin məbləği geri qaytaracaq.
“Starlink” Azərbaycan ərazisində fəaliyyətə başlamağın tənzimləyicinin təsdiqindən asılı olduğunu qeyd edib və hər bir əhatə dairəsi daxilində sifarişləri "birinci gələnə birinci xidmət" prinsipi əsasında yerinə yetirəcəyini bəyan edib.
Mayın 9-da Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliklə ("Azərkosmos") "SpaceX" arasında "Starlink"in internet xidmətlərinin Azərbaycanda da əlçatan olması ilə bağlı müqavilə imzalanıb. Sənədə "Azərkosmos"un İdarə Heyətinin sədri Saməddin Əsədov və "SpaceX”ın prezidenti və əməliyyatlar üzrə baş direktoru Qvin Şotvel (Gwynne Shotwell) imza atıb. Razılaşmaya əsasən, Azərbaycan tərəfi şirkətin korporativ sahədə və gəmilərdə internet təchizatına dəstək verəcək.
© "Report"
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 22 saat sonra
-
-
16 d. əvvəl
Çin şirkəti Ələtdə günəş panelləri istehsalı müəssisəsinin tikintisinə hazırlaşır
-
21 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 33 d. əvvəl
- 35 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
İyunun 12-də gözlənilən hava şəraiti
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq























