Mənzil alan zaman önəm verməli olduğunuz 6 əsas cəhət
Tikinti sektoru ən sərt rəqabət gedən sahələrdən biridir. Əslində güclü rəqabətin nəticəsində sonda qalib gələn tərəf müştəri olur. Təsadüfi deyil ki, son illərdə tikilən evlərin keyfiyyəti qat-qat artıb, müxtəlif konsepsiyalı layihələr bazara çıxıb. Tikinti şirkətləri biri-birindən cəlbedici şərtlər təklif etdiyindən, potensial alıcı üçün seçim etmək xeyli çətinləşib. Ayda cəmi 250-350 AZN-dən başlayan, ilkin ödənişsiz, 20-illik ipoteka, faizsiz kredit kimi təkliflər şübhəsiz ki, hər kəs üçün maraqlıdır.
“AS Group İnvestment” Şirkətlər qrupu nəzdində strateji araşdırmalar mərkəzi bu təkliflərin alıcı üçün nə qədər sərfəli olduğunu araşdırıb və mənzil alan zaman önəm verməli olduğunuz 6 əsas cəhəti müəyyən edib.
1. Aylıq ödənişi 250 – 350 AZN olan mənzillər.
İlk olaraq deyək ki, aylıq ödənişi 250-350 AZN civarında olan mənzilin sahəsi ən yaxşı halda 27 m²-dir. Nisbətən böyük, məsələn sahəsi 50 m² təşkil edən mənzillərin ilkin ödənişsiz 20 illik ipoteka ilə aylıq ödənişi təqribən 800 manatdan başlayır.
2. İlkin ödənişsiz kredit
Bunu da bilmək lazımdır ki, ilkin ödənişsiz mənzillər tikintisi yenicə başlayan layihələrdə təklif olunur. Bu mənzillərin təhvil verilmə müddətinə də diqqət yetirmək çox önəmlidir. Bakı şəhərində ilkin ödənişsiz təklif olunan əksər layihələr 1-2 ildən sonra təhvil veriləcək. Ümumiyyətlə ilkin ödənişsiz təklifi, maliyyə baxımından nə qədər sərfəlidir? Axı ilkin ödənişi müştəri mütləq ödəyəcək, sadəcə o bunu daha yüksək faizlə edəcək.
3. Tikintinin mərhələli və ya kompleks şəklində təhvil verilməsi.
Çox vacib məqam tikinti işlərinin kompleks şəklində həyata keçirilməsidir. Məsələn bəzi layihələrdə tikilən binalarla yanaşı olaraq, yeni binaların tikintisinə də start veriləcək. Deməli, artıq tikintisi başa çatan binaların sakinlərini tikinti işləri hələ uzun müddət narahat edəcək.
4. Mərtəbədə qonşu sayı.
İlkin ödənişsiz təklif olunan əksər layihələrdə bir mərtəbədə 8-10 mənzil var. İlk baxışdan bir o qədər də önəm kəsb etməyən bu detal, sonradan özünü büruzə verəcək. Birincisi səhər saatlarında, hamı işə gedən zaman, lift çox yüklənəcək. Digər tərəfdən, əksər layihələrdə 1 və 2-otaqlı mənzillərin xüsusi çəkisi çox yüksəkdir. Beləliklə, bu mənzillərin gələcəkdə kirayə verilmə ehtimalı çox yüksəkdir. Kirayədə yaşayanlar isə binanın daimi sakinləri deyil, onları bina üçün əhəmiyyət kəsb edən fəaliyyətə cəlb etmək müşkül məsələdir.
5. Parkinq yerinin və istirahət zolağının mövcudluğu.
Gələcəkdə avtomobiliniz üçün yer axtarışlarına çıxmamaq üçün kompleksdə parkinq yerinin olmasına əmin olun. Həyətyanı sahə, yaşıllıq ilk baxışdan zəruri görsənməsə də, müasir meqapolislərdə çox önəmlidir. Bakıda tikilən kifayət qədər layihə var ki, həyətyanı sahəsi ya çox kiçikdir, ya da ümumiyyətlə yoxdur. Bu zaman tikinti şirkəti mümkün dərəcədə kiçik ərazidə, mümkün dərəcədə çox mənzil tikməklə qazancını artırmaq istəyir, sakinlər yenə də uduzan tərəf olur.
6. Binanın fasadı.
Çoxlarımız cəmi bir neçə il bundan əvvəl təhvil verilən, amma fasadında artıq qüsurlar görsənən binalarla rastlaşıb. Belə qüsurlara hətta bir neçə ay bundan əvvəl təhvil verilən binalar da rast gəlinir. Bu yalnız gözə görsənən qüsurlardır... İlk baxışdan nəzərə çarpmayan qüsurların sayı görəsən nə qədərdir? Bu cür sualların cavabını yalnız alıcının özü, tikintinin keyfiyyəti haqqında dərindən maraqlanmaqla tapa bilər.
Əlbəttə ki, 100% ödəniş böyük maliyyə vəsaiti tələb edir. 20 illik ipoteka isə sizi uzun müddətli maliyyə öhdəliklərinə bağlayacaq. Beləliklə, mənzil alan zaman diqqətli olun ki, sonda udan tərəf olasınız.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 gün sonra
-
1 gün əvvəl
Leysan yağışları evlərə ciddi zərər vurub. Əhali necə tədbir almalı idi?
- 1 gün əvvəl
-
- 2 gün əvvəl
-
2 gün əvvəl
Sinqapur qızıl ticarətində regional mərkəz olmağı hədəfləyir
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Google süni intellekt əsaslı “Search Live” funksiyasını qlobal miqyasda istifadəyə verdi
-
2 gün əvvəl
Tramp İranın enerji obyektlərinə hücumları 10 gün müddətinə dayandırdı
-
3 gün əvvəl
Rystad Energy: Qlobal neft hasilatı pandemiya səviyyəsindən də aşağı düşüb
-
3 gün əvvəl
VTB Bankın rəhbəri Rusiya Mərkəzi Bankın faiz dərəcəsinin tədricən azalacağını proqnozlaşdırır
-
3 gün əvvəl
İranda yaşı 12-dən yuxarı olan könüllülər üçün səfərbərlik çağırışı
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Martın 29-da gözlənilən hava şəraiti
Bayramovla Mirzoyan arasında telefon danışığı aparılıb
Martın 28-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
VTB Bankın rəhbəri Rusiya Mərkəzi Bankın faiz dərəcəsinin tədricən azalacağını proqnozlaşdırır
İranda yaşı 12-dən yuxarı olan könüllülər üçün səfərbərlik çağırışı
“Qlobal ticarət son 80 ilin ən ciddi böhranı ilə üz-üzədir”
KİV: İran ABŞ-ın 15 maddəlik razılaşma təklifinə cavabı rəsmi şəkildə qarşı tərəfə göndərib
Neft qiymətləri yüksəlir - BU GÜN 4%-DƏN ÇOX BAHALAŞDI
ABŞ və İsraillə müharibə aparan İranın neft gəlirləri artıb
Tramp: İran gec olmadan ABŞ-ın təklifinə ciddi yanaşmalıdır

























