"Carlsberg" şirkəti "Baltika" şirkəti ilə lisenziya müqavilələrini ləğv etdi
Danimarkanın pivə istehsalçısı "Carlsberg" şirkəti, Rusiyanın "Baltika" pivə istehsalı şirkəti ilə lisenziya müqavilələrini ləğv etdiyini açıqladı.
Marja xəbər verir ki, bu, Rusiya prezidenti Vladimir Putinin “Baltika”nın idarə edilməsinin müvəqqəti olaraq Rusiya dövlətinə verilməsi haqqında fərmanına cavabdır.
“Biz Baltika Pivəbişirmə Şirkəti ASC-yə "Carlsberg" qrupunun bütün məhsullarını, o cümlədən beynəlxalq və regional brendləri istehsal etmək, tanıtmaq və satmaq imkanı verən lisenziya müqavilələrinə xitam verilməsi barədə məlumat vermişdik”, - deyə şirkətin açıqlamasında bildirilir.
Həmçinin bildirilir ki, “Baltika”nın mövcud ehtiyatlarından istifadə edə biləcəyi müddət 2024-cü il aprelin 1-dək uzanacaq.
İyulun 16-da Vladimir Putin “Baltika”dakı xarici şirkətlərin səhmlərinin Federal Əmlak İdarəetmə Agentliyinin müvəqqəti mülkiyyətinə verilməsi haqqında fərman imzalayıb. Həmin vaxt “Baltika”nın 98,56%-i Carlsberg Sverige Aktiebolag (Carlsberg-in İsveç törəməsi), 1,35%-i Hoppy Union və 0,09%-i Carlsberg Deurschland GmbH (Carlsberg-in Almaniyadakı törəməsi) şirkətinə məxsus idi. Eyni zamanda Fransanın Danone şirkətinin səhmləri dövlət nəzarətinə keçib.
“Baltika”, 2023-cü ilin yayına qədər ona nəzarət edən Carlsberg Group-un onu Tuborg və Kronenbourg da daxil olmaqla bəzi qlobal brendlərin hüquqlarından məhrum etməyə çalışacağından ehtiyat edirdi.
2008-ci ilin may ayında “Baltika” şirkəti Xırdalanda yerləşən “Bakı-Kastel” pivəbişirmə zavodunu almış və bundan sonra zavod “Baltika” şirkətinin tərkibinə daxil olmuşdur. 2009-cu ilin əvvəlindən zavodun adı dəyişdirilərək “Baltika-Bakı” adlandırılıb. Bundan sonra zavod “Baltika” və "Carlsberg Group" şirkətinin bir çox tanınmış brendlərinin istehsalına başlamışdır. 2017-ci ildə şirkət “Baltika-Bakı” şirkəti "Carlsberg Azerbaijan" adlandırılıb. Bu proses "Carlsberg Group" şirkətinə inteqrasiya" kimi elan edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
14 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
















.jpg)



.jpg)
