Qərbin silah şirkətlərinin səhmləri kəskin bahalaşdı
Qərb silah şirkətlərinin səhmləri İsrail və HƏMAS arasında gedən müharibə fonunda kəskin bahalaşıb. Yaxın Şərqdəki hərbi toqquşmalar da istiqrazlar və qızıl kimi təhlükəsiz aktivlərə tələbatın artmasına səbəb olub.Avropa və ABŞ-da müdafiə sənayesi şirkətlərinin səhmləri artan geosiyasi gərginlik fonunda oktyabrın 9-da bazar ertəsi ticarətdə kəskin bahalaşıb.
Marja.az-ın məlumatına görə, İsrail və HƏMAS arasında oktyabrın 7-də başlayan müharibə Yaxın Şərqdə münaqişənin yeni dalğasına səbəb ola bilər.
İsveçin Saab şirkətinin səhmləri 8,6% bahalaşıb və Avropa birjalarında artımın lideri olub. İtaliyanın Leonardo və Almaniyanın Rheinmetall şirkətlərinin səhmləri 5,1% bahalaşıb. Böyük Britaniyanın ən böyük müdafiə şirkəti BAE Systems-in səhmləri 4% bahalaşıb.
ABŞ-da əsas sessiyanın açılışından sonra ABŞ-ın ən böyük müdafiə şirkətlərinin qiymətləri də yüksəlib. Lockheed Martin şirkətinin səhmləri 8%, RTX Corp (keçmiş Raytheon Technologies) səhmləri 4%, Northrop Grumman səhmləri 10%, General Dynamics səhmləri isə 7% dəyər qazanıb.
Yaxın Şərqdəki hərbi toqquşmalar da istiqrazlar və qızıl kimi təhlükəsiz "sığınacaqlara" olan tələbi artırıb və neft qiymətlərinin 5% artmasına səbəb olub.
Oktyabrın 7-də Qəzza zolağına nəzarət edən Fələstinin HƏMAS hərəkatı İsrailə hücum edərək hərbi əməliyyata başladığını elan edib. HƏMAS şəhərlərə kütləvi raket zərbələri endirməyə başlayıb və onun yaraqlıları ölkənin cənubundakı məskunlaşan əraziləri zəbt edərək mülki əhalini və hərbçiləri girov götürüb.
İsrail buna cavab olaraq antiterror əməliyyatına başlayıb və Qəzza zolağına hava zərbələri endirib. Bütün İsraildə fövqəladə vəziyyət elan edilib. Baş nazir Netanyahunun ofisi bildirib ki, İsrail rəsmən müharibə vəziyyətinə düşüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 8 d. əvvəl
-
-
9 d. əvvəl
Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq
-
20 d. əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın kredit portfeli biznes kreditləri hesabına artıb
-
1 saat əvvəl
Əhalinin borc yükü və istehlak kreditləri üzrə qeyri-işlək portfel artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
- 12 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Rəsmi məzənnələr açıqlandı
Sığorta sektorunun zərərlilik dərəcəsi artıb
BOKT sektorunun xalis kredit portfeli 30 faizə yaxın artıb
Ən çox oxunanlar
"Expressbank" 2026-cı ilin ilk rübündə mənfəətini artırıb
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
PAŞA Kapital ilə PAŞA Bank səhmdarı ol
"Azərbaycan Sənaye Bankı"nın xalis mənfəəti cüzi azalıb




.jpg)










.jpg)






