Bank sistemi üzrə likvid aktivlər fiziki şəxslərin tələbli depozitlərini 2,4 dəfədən çox üstələyir
"Likvid aktivlərin azalmasına baxmayaraq sektorun likvidliyi komfort zonada qalmaqdadır. Bank sistemi üzrə hüquqi şəxslərin tələbli depozitlərinin azalması nəticəsində likvid aktivlərin həcmi və cəmi aktivlərdə payı azalmışdır.
Marja.az-ın Mərkəzi Bankın hesabatına istinadən məlumatına görə, 2023-cü ilin ilk 6 ayı ərzində likvid aktivlər 18.9% və ya 3.3 mlrd. manat azalaraq 14 mlrd. manat təşkil etmişdir. Bununla belə, likvidliyin tənzimlənməsi üzrə əsas prudensial normativ hesab olunan ani likvidlik əmsalı 56.6% olmaqla minimum normativi (30%) iki dəfəyə yaxın üstələyir. Eyni zamanda, likvid aktivlər cəmi aktivlərin 30.9%-i təşkil edir ki bu da sektorun potensial likvidlik şoklarına qarşı adekvat buferə malik olduğunu göstərir".
Likvid aktivlər əsasən dövlət qiymətli kağızları və nostro hesablarda cəmlənmişdir. Likvid aktivlərin 39%-i dövlət qiymətli kağızları, 33%-i nostro hesablar, 13%-i Mərkəzi Bankda müxbir hesablar, 16%-i isə nağd vəsaitlərdə cəmlənmişdir. Bank sistemi üzrə likvid aktivlər fiziki şəxslərin tələbli depozitlərini 2.4 dəfədən çox üstələyir və hüquqi şəxslərin tələbli depozitlərinin 87%-i əhatə edir.
Likvid aktivlərin komponentləri üzrə əsas azalma bankların AMB-dəki hesabları üzrə olmuşdur. Belə ki, ötən ilin sonu ilə müqayisədə bankların AMB-dəki hesabları 3.1 mlrd. manat azalaraq 1.8 mlrd. manata çatmışdır. Mərkəzi Bank tərəfindən məcburi ehtiyat normalarına yenidən baxılması qeyd olunan dəyişikliyi şərtləndirmişdir. Pul təklifinin daha effektiv tənzimlənməsi, faiz dəhlizinin maliyyə sistemindəki faizlərə təsirinin gücləndirilməsi, bank sistemində likvidliyin təmərküzləşməsinin məhdudlaşdırılması, habelə de-dollarlaşma meyillərinin stimullaşdırılması məqsədilə Mərkəzi Bankının İdarə Heyətinin 19.12.2022-ci il tarixli 57/1 nömrəli qərarı ilə “Məcburi ehtiyatların norması, hesablanması və saxlanması Qaydası”nda dəyişikliklər edilmişdir. Yeni qaydaya əsasən məcburi ehtiyat normaları həm fiziki və hüquqi şəxslər üzrə, həm də milli və xarici valyutada olan depozitlər üzrə artırılmışdır ki, bu da banklarda likvidliyin strukturuna təsirsiz ötüşməmişdir.
Likvid vəsaitlərin strukturunda xarici valyutada olan likvid aktivlərin payı azalmışdır. 2023-cü ilin ilk altı ayı ərzində xarici valyutada olan likvid aktivlər 25.6% (2.4 mlrd. manat) azalaraq 6.9 mlrd. manata enmişdir. Sektorun milli valyutada likvid aktivləri də ötən ilin sonuna nisbətdə 11.1% (0.9 mlrd. manat) azalaraq 7.1 mlrd. manat olmuşdur.
Həm milli, həm də xarici valyutada aktiv və öhdəliklər üzrə müddət uyğunsuzluğu nəzərə çarpır. Milli valyutada aktivlərin 48%-ni ödəniş müddəti 1 ilədək olan aktivlər təşkil etsə də, ödəniş müddəti bir ilədək olan öhdəliklərin cəmi öhdəliklərdə payı 79%-dir. Xarici valyutada olan aktiv və öhdəliklər üzrə də oxşar tendensiya mövcuddur. Xarici valyutada aktivlərin 65%-ni, öhdəliklərin isə 85%-inin ödəniş müddəti bir ilədəkdir. Cari öhdəliklərin bank sektorunda artan payı müddət uyğunsuzluğunu artıran amil kimi çıxış etsə də, bankların likvidlik buferi bu uyğunsuzluğun sistemə ciddi təsir göstərməməsi ilə nəticələnir.
Kreditin depozitə nisbəti üzrə artım dinamikası müşahidə olunur. 2023-cü ilin iyun ayının sonuna olan məlumatlara əsasən kredit portfelinin depozit portfelinə nisbəti 8.3 faiz bəndi artaraq 66% olmuşdur. Artımı şərtləndirən faktorlar kredit portfelinin genişlənməsi və hüquqi şəxslərin tələbli depozitlərinin azalması olmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 4 saat əvvəl
-
- 4 saat əvvəl
-
5 saat əvvəl
2026-cı ildə balıq və digər su bioresurslarının ovu üçün kvota təqsdiqlənib - QİYMƏTLƏR
- 5 saat əvvəl
-
5 saat əvvəl
Porsche-nin satışlarında 16 ilin ən böyük azalması baş verib
-
6 saat əvvəl
ADUA müqavilə sahəsində seysmik tədqiqatla bağlı görüləcək işlərin vaxtı və həcmi dəqiqləşdirilib
- 6 saat əvvəl
-
6 saat əvvəl
Expressbank: Kreditləşmə və depozitlərdə güclü artım qeydə alınıb
- 6 saat əvvəl
-
6 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB Tam Visa kartını təqdim etdi
Bank aviabilet alır - TENDER
Sıfır xərclə ticarət mümkündür?
İndi aviabiletlər də ABB Business-də alınır
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan Nəşriyyatının binası təmirə bağlanır, nəşriyyatlar və redaksiyalar köçürüləcək
“İvanovka Süd Məhsulları” rəqiblərindən şikayət edib - Şirkətin müraciətilə 2 şirkətə və 1 sahibkara göstəriş verilib
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
Azərbaycandan Gürcüstana səfərlər 33%-dən çox artıb
















