Milyonlarla insanın müştərisi olduğu bank maliyyə vəziyyətini açıqladı
"Unibank"ın əməliyyat mənfəəti 3 dəfədən çox artıb."Unibank Kommersiya Bankı" ASC 2023-cü ilin 9 ayını (yanvar-sentyabr) 21 milyon 907 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 577 min manat xalis zərər ilə bağlamışdı. Bankın xalis mənfəəti gəlirlərinin artmasından qaynaqlanır.
Marja.az xəbər verir ki, "Unibank"ın faiz gəlirləri 2023-cü ilin 9 ayında 2022-ci ilin eyni dövrü ilə müqayisədə 37 milyon 407 min manat və ya 31,8% artaraq 154 milyon 866 min manat, qeyri-faiz gəlirləri isə 32 milyon 404 min manat və ya 71,4% artaraq 77 milyon 785 min manat təşkil edib. Bankın müştərilərə verilmiş kreditlərdən faiz gəlirləri, aınan haqq və kommisiya gəliri,xarici valyutadan gəliri daha çox artıb.
2023-cü ilin 9 ayında "Unibank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 232 milyon 651 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 183 milyon 570 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 49 milyon 81 min manat təşkil edib. Bank əməliyyat mənfəətindən 27 milyon 173 min manat aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırıb.
Müqayisə üçün qeyd edək ki, 2022-ci ilin 9 ayında "Unibank"ın əməliyyat mənfəəti 15 milyon 692 min manat təşkil etmişdi və ehtiyata 16 milyon 270 min manat ayırmışdı. Beləliklə, 2023-cü ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə "Unibank"ın əməliyyat mənfəəti 3,1 dəfə artıb.
KREDİT PORTFELİ 1 MİLYARD MANATI AŞIB
"Unibank"ın cəmi aktivləri ötən ilin sonu ilə müqayisədə 87 milyon 168 min manat və ya 6% artaraq 30 sentyabr 2023-cü il tarixində 1 milyard 527 milyon 811 min manat təşkil edib.Bankın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 157 milyon 235 min manat və ya 17,7% artaraq 1 milyard 46 milyon 828 min manata çatıb. O cümlədən Bankın istehlak kreditləri portfeli 93 milyon 607 min manat artaraq 64 milyon 813 min manata, biznes kreditləri portfeli 48 milyon 403 min manat artaraq 322 milyon 728 min manata, ipoteka kreditləri portfeli isə 15 milyon 225 min manat və ya 22,4% artaraq 83 milyon 287 min manata yüksəlib.
DEPOZİT PORTFELİ 1,1 MİLYARD MANATI KEÇİB
"Unibank" depozitlər 2023-cü ilin 9 ayında 2022-ci ilin sonu ilə müqayisədə 134 milyon 460 min manat və ya 13,6% artaraq 1 milyard 124 milyon 204 min manata yüksəlib. O cümlədən, fiziki şəxslərin depozitləri 107 milyon 121 min manat vəya 13,9% artaraq 878 milyon 477 min manata manata, hüquqi şəxslərin depozitləri isə 27 milyon 339 min manat və ya 12,5% artaraq 245 milyon 726 min manata manata çatıb.
MƏCMU KAPİTALIARTIB
30 Sentyabr 2023-cü il tarixində "Unibank" 151 milyon 903 milyon məcmu kapitala malik olub. 2022-ci ilin sonunda Bankın məcmu kapitalı 127 milyon 609 min manat təşkil etmişdi. Beləliklə, 9 ay ərzində Unibankın məcmu kapitalı 24 milyon 294 min manat artıb.
Dünən Unibank bildirib ki, hazırda bankın rəqəmsal kanallarından istifadə edən müştərilərin sayı 1 000 000 nəfəri ötüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 6 saat əvvəl
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
2026-cı ildə balıq və digər su bioresurslarının ovu üçün kvota təqsdiqlənib - QİYMƏTLƏR
- 6 saat əvvəl
-
6 saat əvvəl
Porsche-nin satışlarında 16 ilin ən böyük azalması baş verib
-
8 saat əvvəl
ADUA müqavilə sahəsində seysmik tədqiqatla bağlı görüləcək işlərin vaxtı və həcmi dəqiqləşdirilib
- 8 saat əvvəl
-
8 saat əvvəl
Expressbank: Kreditləşmə və depozitlərdə güclü artım qeydə alınıb
- 8 saat əvvəl
-
8 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB Tam Visa kartını təqdim etdi
Bank aviabilet alır - TENDER
Sıfır xərclə ticarət mümkündür?
İndi aviabiletlər də ABB Business-də alınır
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan Nəşriyyatının binası təmirə bağlanır, nəşriyyatlar və redaksiyalar köçürüləcək
“İvanovka Süd Məhsulları” rəqiblərindən şikayət edib - Şirkətin müraciətilə 2 şirkətə və 1 sahibkara göstəriş verilib
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
Azərbaycandan Gürcüstana səfərlər 33%-dən çox artıb


















