Bu bankın xalis mənfəəti 3,6 dəfə artıb
"Bank Avrasiya" ASC 2023-cü ilin 9 ayını 3 milyon 953 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 1 milyon 91 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, 2023-cü ilin 9 ayında 2022-ci ilin eyni dövrü ilə müqayisədə "Bank Avrasiya" ASC-nin xalis mənfəəti 3,6 dəfə artıb. Xalis mənfəətin artması faiz gəlirlərinin artmasından və mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayrılan vəsaitin azalmasından qaynaqlanır.
Marja.az xəbər verir ki, "Bank Avrasiya" faiz gəlirləri 2023-cü ilin 9 ayında 2022-ci ilin eyni dövrü ilə müqayisədə 32,4% artaraq 12 milyon 217 min manat, qeyri-faiz gəlirləri isə təxminən dəyişməyərək ötən ilin 9 ayındakı səviyyədə - 2 milyon 53 min manat təşkil edib.
Ötən ilin 9 ayının yekununda "Bank Avrasiya"nın əməliyyat mənfəəti 4 milyon 50 min manat ikən, cari ilin 9 ayının yekununda 5 milyon 505 min manat olub. Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayrılan vəsait isə 1 milyon 408 min manat azalaraq 1 milyon 552 min manat təşkil edib.
MÜŞTƏRİLƏRƏ VERİLMİŞ KREDİTLƏR ARTIB
30 Sentaybr 2023-cü il tarixində "Bank Avrasiya" 202 milyon 243 min manat cəmi aktivlərə, o cümlədən 142 milyon 242 min manat kredit portfelinə (müştərilərə verilmiş kreditlər) malik olub. Bank ötən ilin sonunda 224 milyon 268 min manat cəmi aktivlərə və 125 milyon 352 min manat kredit portfelinə malik idi.
30 Sentaybr 2023-cü il tarixində "Bank Avrasiya"nın məcmu kapitalı 77 milyon 78 min manat təşkil edib
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 saat əvvəl
-
2 saat əvvəl
Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müavini təyin edilib
-
- 4 saat əvvəl
-
6 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
6 saat əvvəl
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
- 6 saat əvvəl
-
7 saat əvvəl
Trampın İran ultimatumu və razılaşma danışıqları investorları çaşqınlıqda saxlayır
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
"ƏDV geri al” çərçivəsində 51,7 milyon manatdan çox vəsait alıcılara qaytarılıb
-
9 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
“Bu gecə bir mədəniyyət yox olacaq”
Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müavini təyin edilib
Ağ Ev: ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
Çin valyuta ehtiyatlarında 2,5% azalma
Ən çox oxunanlar
Aktiv ƏDV ödəyicilərinin sayı daha da artıb
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb























