Hökumətdə qiymətlər müzakirə edildi - Yoxlama gücləndiriləcək və ciddi tədbirlər görüləcək
“İnflyasiya və Qiymət Monitorinqi” üzrə İşçi Qrupun növbəti iclası keçirilib. İclasda Qiymət İzləmə Sisteminin tətbiqi ilə bağlı müvafiq tapşırıqlar verilib. Habelə bildirilib ki, son günlərdə bəzi tərəvəz məhsullarının qiymətlərində müşahidə olunan yüksək artımını da nəzərə alaraq daxili bazarda sağlam rəqabət mühitinin təmin olunması istiqamətində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən subyektiv səbəblərə (rəqabət pozuntuları, bazarların bölüşdürülməsi və qiymət manipulyasiyası) yol verən bazar subyektlərinə qarşı nəzarət və operativ yoxlama tədbirləri gücləndiriləcək və təsiredici ciddi tədbirlər görüləcəkdir.“İnflyasiya və Qiymət Monitorinqi” üzrə İşçi Qrupun növbəti iclası keçirilib.
Marja xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən bildirilib.
12 oktyabr tarixində İnflyasiya və qiymət monitorinqi üzrə İşçi qrupun rəhbəri Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədovun sədrliyi ilə keçirilən iclasın gündəliyində 2023-cü ilin yanvar-sentyabr aylarında istehlak bazarında qiymətlərin dəyişməsi, inflyasiyanın komponentləri, o cümlədən ərzaq və qeyri-ərzaq məhsulları, əhaliyə göstərilmiş ödənişli xidmətlər, daxili bazarda qiymətləri 10 faizdən çox bahalaşan məhsulların idxal və yerli mənşəli olmasının faktorları, dünya ərzaq qiymətləri və əsas ticarət tərəfdaşı olan ölkələrdə qiymətlərin dinamikası, idxal olunan məhsulların qiymət indeksi (idxal inflyasiyası), kənd təsərrüfatı məhsullarının istehsalçı qiyməti və satışı üzrə yarmarkaların təşkili, daxili bazarda sağlam rəqabət mühitinin təmin olunması istiqamətində görülən tədbirlər və aidiyyəti qurumlar tərəfindən istifadə olunan qiymət monitorinqi sisteminin uzlaşdırılması məsələləri geniş müzakirə olunub.
İclasda qlobal inflyasiya səviyyəsində, xüsusilə dünya ərzaq qiymətlərində azalma meyllərinin olduğu qeyd edilib. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının açıqladığı son məlumata görə sentyabr ayında ərzaq qiymətləri indeksi son bir ildə 10,7 faiz ucuzlaşmışdır.
İşçi qrupun rəhbəri dünya ərzaq bazarlarında qiymətlərin enməsi, ticarət tərəfdaşı olan ölkələrdə inflyasiyanın azalması, yüksək neft qiymətləri şəraitində ölkənin tədiyə balansının profisitli olmasının məzənnə sabitliyini dəstəkləməsi və bu amilin inflyasiya idxalına və gözləntilərinə azaldıcı təsiri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Antiinflyasiya tədbirlərinin gücləndirilməsi” ilə bağlı Sərəncamına əsasən ötən dövr ərzində aidiyyəti dövlət qurumları tərəfindən görülən bir sıra tədbirlər, eləcə də mövsümi amillərin son aylarda Azərbaycanda inflyasiya səviyyəsinə azaldıcı təsir göstərdiyini vurğulamışdır.
Dövlət Statistika Komitəsinin son məlumatına görə 2023-cü ilin yanvar-sentyabr aylarında orta illik inflyasiya 10,9 faiz olmuşdur. Bu dövrdə illik inflyasiya 5.1 faiz təşkil etmişdir. İqtisadiyyat Nazirliyi tərəfindən antiinflyasiya tədbirləri nəzərə alınaraq 2023-cü ilin sonuna orta illik inflyasiyanın birrəqəmli səviyyədə 9,5 faiz olacağı proqnozlaşdırılır.
Azərbaycan Respublikası Prezidentinin Hökumət qarşısında qoyduğu başlıca tapşırıqlardan biri ilin sonuna qədər inflyasiyanın birrəqəmli səviyyəsinə nail olunmasıdır. İnflyasiya və qiymət monitorinqi üzrə yaradılmış İşçi qrupun məqsədi də qiymətlərə artırıcı təsir göstərən bütün səbəbləri araşdırıb, onun aradan qaldırılması istiqamətində zəruri işləri görməkdir. Bu baxımdan inflyasiyanın makroiqtisadi və maliyyə sabitliyi üçün xələl gətirməyən həddə qorunması məqsədilə zəruri tədbirlərin görülməsi davam etdiriləcək. Hazırda Milli Məclisdə çox vacib məsələlərdən biri olan Rəqabət Məcəlləsinin layihəsinin müzakirəsi aparılır. Rəqabət Məcəlləsinin qəbul olunması biznes mühitinin əlverişliliyinin artırılması, azad sahibkarlığın təşviqi baxımından mühüm əhəmiyyət kəsb etməklə, ölkədə sahibkarların sağlam rəqabət şəraitində fəaliyyətinin hüquqi əsaslarını müəyyən edəcək. Yeni məcəllə, eyni zamanda istehlakçıların hüquqlarının müdafiəsini, məhsul və xidmətlərin keyfiyyətinin daha da artırılmasını hədəfləyir.
İclasın yekununda İşçi qrupun rəhbəri tərəfindən aidiyyəti qurumlara Qiymət İzləmə Sisteminin tətbiqi ilə bağlı müvafiq tapşırıqlar verilib. Habelə bildirilib ki, son günlərdə bəzi tərəvəz məhsullarının qiymətlərində müşahidə olunan yüksək artımını da nəzərə alaraq daxili bazarda sağlam rəqabət mühitinin təmin olunması istiqamətində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən subyektiv səbəblərə (rəqabət pozuntuları, bazarların bölüşdürülməsi və qiymət manipulyasiyası) yol verən bazar subyektlərinə qarşı nəzarət və operativ yoxlama tədbirləri gücləndiriləcək və təsiredici ciddi tədbirlər görüləcəkdir.
Müştərilərin xəbərləri
"Nazar Holdings" Gürcüstanda Ferrari-nin rəsmi avtosalonunu açdı - TƏDBİRDƏ GÜRCÜSTANIN BAŞ NAZİRİ DƏ İŞTİRAK EDİB
SON XƏBƏRLƏR
- 6 gün sonra
- 6 gün sonra
-
5 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 8 saat sonra
-
5 saat əvvəl
Liviyanın Baş Qərargah rəisi və daha 4 yüksək rütbəli şəxs Ankarada təyyarə qəzasında həlak olub
-
6 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 18% olan istiqrazları 52 investor əldə edib
- 6 saat əvvəl
-
6 saat əvvəl
Mənşəyi məlum olmayan rənglər ilə toyuqlar rənglənib, "kənd toyuğu" təəssüratı yaradılıb
- 7 saat əvvəl
-
8 saat əvvəl
Türkiyədə 2026-cı il üçün minimum maaş müəyyən edildi - 1311 MANAT
- 9 saat əvvəl
-
11 saat əvvəl
"Azərbaycan Dəmir Yolları" daha bir regionlararası marşrut üzrə səfərlərə başlayacaq
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Mənşəyi məlum olmayan rənglər ilə toyuqlar rənglənib, "kənd toyuğu" təəssüratı yaradılıb
“Mercedes-Benz” təxminən 150 milyon dollar cərimə ödəyəcək
Ən çox oxunanlar
Türkiyədə 2026-cı il üçün minimum maaş müəyyən edildi - 1311 MANAT
Ağdamda “Hilton” hoteli istifadəyə verildi
"Azərbaycan Dəmir Yolları" daha bir regionlararası marşrut üzrə səfərlərə başlayacaq
Bolt və SUP.VC Demo Day ilə akselerasiya proqramını yekunlaşdırdı - QALİB STARTAPLAR
Gümüş qiyməti ilk dəfə 70 dollar səviyyəsini keçdi
Misin qiyməti tarixdə ilk dəfə 12 min dolları keçdi
ABŞ-də iqtisadi artım gözləntiləri üstələdi



















