"Naxçıvanbank" əsas gəlir mənbəyi olan kredit portfelini artırıb, 11 milyondan çox mənfəət əldə edib
"Naxçıvanbank" ASC 2023-cü ilin 9 ayını (yanvar-sentyabr) 11 milyon 360 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 12 milyon 441 min manat xalis mənfəət ilə bağlamışdı. Bankın xalis mənfəətindəki 1 milyon 82 min manat və ya 8,7% azalma əsasən bu ilin 9 ayında mənfəət vergisi ödənilməsi ilə əlaqədardır.
FAİZ GƏLİRLƏRİ ARTIB
Marja.az-ın məlumatına görə, 2023-сü ilin yanvar-sentyabr aylarında "Naxçıvanbank"ın faiz gəlirləri 3 milyon 575 min manat və ya 24% artaraq 18 milyon 470 min manat, qeyri-faiz gəlirləri isə 1 milyon 183 min manat və ya 26,7% azalaraq 3 milyon 243 min manat təşkil edib.
"Naxçıvanbank" cəmi əməliyyat gəlirlərinin (faiz və qeyri faiz gəlirlərinin) 2 milyon 392 min manat artmasına qarşılıq, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 2 milyon 978 min manat artıb. Xərclər gəlirlərdən 586 min manat daha çox artdığından Bankın əməliyyat mənfəəti də bu məbləğdə azalaraq, 2022-ci ilin 9 ayında 12 milyon 914 min manat ikən, 2023-cü ilin 9 ayında 12 milyon 327 min manat təşkil edib.
Həmçinin 2023-сü ilin yanvar-sentyabr aylarında aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatdan azad olmuş 835 min manatın hesabına "Naxçıvanbank"ın mənfəəti 13 milyon 162 min manata yüksəlib. Bank mənfəətindən 1 milyon 803 min manat mənfəət vergisi ödəyib.
Ötən ilin 9 ayında "Naxçıvanbank" əməliyyat mənfəətindən ehtiyatın yaradılmasına 472 min manat ayırmışdı və mənfəət vergisi ödəməmişdi.
KREDİT PORTFELİ ARTIB
30 sentyabr 2023-cü il tarixində "Naxçıvanbank" tərəfindən müştərilərə verilmiş cəmi kreditlər 202 milyon 500 min manat təşkil edib ki, bu da ötən ilin sonu ilə müqayisədə 28 milyon 877 min manat və ya 16,6% çoxdur. Eyni dövrdə Bankın cəmi aktivləri 43 milyon 981 min manat və ya 17,7% azalaraq 302 milyon 482 min manata düşüb. Aktivlərdəki azalma Bankın depozit portfelindəki azalmadan qaynaqlanır. Ötən ilin sonu ilə müqayisədə "Naxçıvanbank"da depozitlər 51 milyon 853 min manat və ya 33,4% azalaraq 103 milyon 563 min manata düşüb.
"Naxçıvanbank" cari ilin 9 ayında qiymətli kağızlara investisiyalarını 3 dəfə azaldaraq 27 milyon 139 min manata endirib.
Bu ilin 9 ayında "Naxçıvanbank" rezident maliyyə institutlarından 75 milyon 135 min manat kredit alıb.
30 sentyabr 2023-cü il tarixində "Naxçıvanbank" ASC 99 milyon 981 min manat məcmu kapitala malik olub.
"Naxçıvanbank" ASC-nin 10 filialından 9-u Naxçıvandadır. Bu ildən Naxçıvan Muxtar Respublikasında bir neçə bank filialını açıb. Rəqabətin artdığı bir şəraitdə "Naxçıvanbank"ın kredit portfelini artırması, gəlirlərini və mənfəətini qoruyub saxlaması xüsusi vurğulanmalıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
14 d. əvvəl
ADUA müqavilə sahəsində seysmik tədqiqatla bağlı görüləcək işlərin vaxtı və həcmi dəqiqləşdirilib
-
- 19 d. əvvəl
- 34 d. əvvəl
-
34 d. əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
-
1 saat əvvəl
“PAŞA Holding”dən yeni törəmə şirkət – “PAŞA Maliyyə Holding” təsis edilib
-
1 saat əvvəl
"Azərbaycan Nəşriyyatının binası təmirə bağlanır, nəşriyyatlar və redaksiyalar köçürüləcək
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
-
2 saat əvvəl
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Sıfır xərclə ticarət mümkündür?
İndi aviabiletlər də ABB Business-də alınır
“İvanovka Süd Məhsulları” rəqiblərindən şikayət edib - Şirkətin müraciətilə 2 şirkətə və 1 sahibkara göstəriş verilib
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
Ən çox oxunanlar
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
Azərbaycandan Gürcüstana səfərlər 33%-dən çox artıb
Azərbaycan neftinin son qiyməti
Turanbank böyüyüb, əməliyyat gəlirləri artıb
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
2025-ci ildə Azərbaycan bankları nə qədər qazanıb? - SİYAHI
Rəsmi məzənnələr açıqlandı

















