"Azər-Türk Bank"ın xalis mənfəəti 3,4 dəfə artıb
Bankın kredit portfeli və faiz gəlirləri də kəskin artıb."Azər-Türk Bank" ASC 2023-cü ilin 9 ayını (yanvar-sentyabr) 10 milyon 499 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin 9 ayını 3 milyon 79 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Azər-Türk Bank"ın xalis mənfəəti 2023-cü ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 3,4 dəfə artıb. Xalis mənfəətin kəskin artması əsasən Bankın faiz gəlirlərinin artmasından qaynaqlanır.
Marja.az xəbər verir ki, 2023-cü ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə "Azər-Türk Bank"ın faiz gəlirləri 22 milyon 150 min manat və ya 94,5 % artaraq 45 milyon 593 min manat təşkil edib.
2023-cü ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə "Azər-Türk Bank"ın qeyri-faiz gəlirləri 1 milyon 10 min manat və ya 4,8% artaraq 22 milyon 68 min manata olub.
2023-cü ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə "Azər-Türk Bank"ın cəmi əməliyyat gəlirlərinin (faiz və qeyri-faiz gəlirlərinin) 23 milyon 160 min manata artmasına qarşılıq, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 13 milyon 993 min manat artıb. Gəlirlər xərclərdən daha çox artdığı üçün Bankın əməliyyat mənfəəti də 9 milyon 167 min manat çox olub.
2023-cü ilin 9 ayında "Azər-Türk Bank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 67 milyon 661 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 50 milyon 918 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 16 milyon 743 min manat təşkil edib. Əməliyyat mənfəətindən mümükün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara 3 milyon 744 min manat ayrılıb və 2 milyon 500 min manat mənfəət vergisi də ödənilib. Beləliklə, "Azər-Türk Bank" 2023-cü ilin 9 ayını 10 milyon 499 min manat xalis mənfəət ilə başa vurub.
Müqayisə üçün qeyd edək ki, 2022-ci 9 ayında "Azər-Türk Bank"ın cəmi əməliyyat gəlirləri 44 milyon 501 min manat, cəmi əməliyyat xərcləri 36 milyon 925 min manat, əməliyyat mənfəəti 7 milyon 576 min manat, ehtiyatlara ayırma 3 milyon 779 min manat, ödənilmiş mənfəət vergisi 700 min manat olmuşdu.
BANK BÖYÜYÜB, KREDİT PORTFELİ ARTIB
2023-cü ilin 9 ayında 2022-ci ilin 9 ayının yekunu ilə müqayisədə "Azər-Türk Bank"ın cəmi aktivləri 19 milyon 135 min manat və ya 2,3 % artaraq 863 milyon 329 min manata çatıb. Bankın kredit portfeli (müştərilərə verilmiş kreditlər) isə 131 milyon 833 min manat və ya 43,5 % artaraq 434 milyon 919 min manata yüksəlib.
2023-cü ilin 9 ayında 2022-ci ilin 9 ayının yekunu ilə müqayisədə "Azər-Türk Bank"ın istehlak kreditləri portfeli 93 milyon 942 min manat artaraq 220 milyon 758 min manat, biznes kreditləri portfeli 4 milyon 64 min manat azalaraq 43 milyon 371 min manat, ipoteka kreditləri portfeli 41 milyon 956 min manat artaraq 170 milyon 790 min manat təşkil edib.
2023-cü ilin 9 ayında 2022-ci ilin 9 ayının yekunu ilə müqayisədə "Azər-Türk Bank"da cəmi depozitlər 98 milyon 280 min manat artaraq 421 milyon 971 min manata qalxıb. Bankda fiziki şəxslərin depozitləri 46 milyon 81 min manat, hüquqi şəxslərin depozitləri 52 milyon 199 min manat artıb.
30 sentyabr 2023-cü il tarixində "Azər-Türk Bank" 75 milyon 302 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
9 saat sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
6 saat əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
-
- 9 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 1 gün əvvəl
-
1 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Bəzi yerlərdə intensiv yağış yağacaq, temperatur 4-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
-
1 gün əvvəl
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
İyunun 21-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş
"Bu gün İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir"
TuranBank-ın Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO























