Azərsığorta 102 yaşında!
(®) “Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkəti ölkənin köklü sığorta şirkəti olaraq 102-ci ildönümünü qürur və xoşbəxtliklə qeyd edir. Son dövrlər ərzində Şirkət hərtərəfli innovasiyalar, sosial məsuliyyət layihələri və əməkdaşlıqları ilə seçilmişdir.
“Azərsığorta” ilk dövlət sığorta şirkəti olaraq 102 ildir ki, fasiləsiz xidmət göstərir. Bu müddət ərzində şirkətin müştəriyönümlü yanaşması, yüksək etik standartları və etibarlılığı onu sığorta sahəsinin aparıcı oyunçusuna çevirmişdir. 102 il ərzində qazanılan təcrübə və müştəri loyallığı Şirkəti daha güclü və daha qətiyyətlə irəliləməyə ruhlandırır.
Son bir ildə müxtəlif istiqamətlərdə fəaliyyət göstərən bir çox şirkət və tibb müəssisəsiləri ilə strateji əməkdaşlıqlar qurulmuşdur. Bu əməkdaşlıqlar Şirkətin müştərilərinə daha yaxşı xidmət göstərməyinə imkan yaratmışdır.
“Azərsığorta” şirkəti sosial məsuliyyət layihələrinə böyük əhəmiyyət vermiş və cəmiyyətin müxtəlif təbəqələrinə kömək etmək və davamlılıq prinsiplərini dəstəkləmək məqsədilə müxtəlif layihələr də həyata keçirmişdir.
Bundan əlavə Şirkət Azərbaycan sığorta sektorunda bir ilk olan "Sığorta Festivalı"nda iştirak etmiş, sığorta sahəsinin inkişafı və innovasiyalarının dəstəklənməsinə yönəlmiş bu mühüm tədbirə öz töhfələrini vermişdir.
Bakı, Sumqayıt, Naxçıvan və 10 iqtisadi rayonda hazırda fəaliyyətini inamla davam etdirən Dövlət Sığorta Kommersiya Şirkəti müştərilərinə və cəmiyyətə olan bağlılığını etibarlı şəkildə inkişaf etdirir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
- 6 d. əvvəl
- 8 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq






















