“PAŞA Bank”ın dəstəyi ilə keçirilən “Best Managed Companies 2024” müsabiqəsinə start verildi
(®) Azərbaycanın aparıcı korporativ bankı “PAŞA Bank” və “Deloitte” şirkətinin birgə keçirdiyi “Best Managed Companies 2024” nüfuzlu biznes müsabiqəsinə bu gün rəsmi olaraq start verildi.
“Best Managed Companies” layihəsi özəl sektorda çalışan qabaqcıl Azərbaycan şirkətlərinin uğurlarını yerli bazarda və beynəlxalq arenada tanıtmaq üçün unikal bir fürsətdir. Bu platforma Azərbaycanın biznes icması üçün bilik və təcrübəni paylaşmağa, dayanıqlı inkişaf prinsiplərinə önəm verən şirkətlərin bazarda tanınmasına və onların beynəlxalq biznes mühitinə inteqrasiya olmasına imkanlar yaradır.
Müsabiqənin əsas məqsədi Azərbaycan bazarında fəaliyyət göstərən şirkətlərin rəqabətə davamlılığının gücləndirilməsi, biznes subyektlərinin korporativ idarə edilməsi, insan resursları, likvidlik və kapitalın idarəolunması sahələrinin təkmilləşdirilməsinə dəstək olmaq və bununla da ölkəmizin biznes mühitinin inkişafına töhfə verməkdir. Bu nüfuzlu müsabiqənin qalibləri “Best Managed Companies” beynəlxalq şirkətlər şəbəkəsinə qoşulub, dünyaca məşhur şirkətlər siyahısında yer alırlar.
“PAŞA Bank”ın idarə heyətinin sədri və baş icraçı direktoru Cavid Quliyevin sözlərinə görə, bu layihə birmənalı olaraq Azərbaycan iqtisadiyyatının sağlam inkişafına və sabitliyinə təsir edir, bu isə öz növbəsində ölkədəki korporativ idarəetmənin inkişafına yönəlmiş təşəbbüslərə əlavə dəstək verəcək.
“Bunu nəzərə alaraq, iqtisadiyyatın real sektorunun inkişafına daim dəstək verən “PAŞA Bank” bu layihənin həyata keçirilməsində artıq 3-cü dəfə əsas tərəfdaş qismində çıxış edir. Fürsətdən istifadə edərək, mən Azərbaycanda fəaliyyət göstərən şirkətləri bu nüfuzlu müsabiqədə aktiv iştirak etməyə və beynəlxalq təcrübə və bilikləri mənimsəyərək rəqabət üstünlüyündən faydalanmağa dəvət edirəm,” - deyə, Bankın idarə heyətinin sədri və baş icraçı direktoru Cavid Quliyev vurğulayıb.
Aparıcı şirkətlər arasında tanınmaq şansını əldə etmək üçün 22 noyabr 2023-cü il tarixinədək müraciət edin və müsabiqəyə qoşulun. “Best Managed Companies” layihəsi sayəsində şirkətinizin mükəmməlliyini təsdiqləyin və yeni zirvələrə doğru addımlayın.
Bu fürsətdən yararlanmaq üçün linkə keçid edin.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
1 saat əvvəl
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
-
-
1 saat əvvəl
Bakcell və Gənclər Fondu Qarabağ Universitetində tələbələrlə görüş keçirib
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda geyim brendlərini təmsil edən şirkətlər qrupunda yeni təyinat
-
2 saat əvvəl
Nazirlər Kabinetinin silah ixracına nəzarət sahəsində səlahiyyəti ləğv edilir
- 2 saat əvvəl
-
3 saat əvvəl
“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!
-
3 saat əvvəl
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
-
3 saat əvvəl
Yanvarda 882 min nəfərdən çox aylıq sosial müavinət və təqaüd alıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
Gbaru.com startapı artıq Avropada!
Prezident İranın yol və şəhərsalma nazirini qəbul edib
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
Dollar bazar ertəsi ucuzlaşıb
Bitcoin-in qiyməti 65 000 dollardan aşağı düşüb
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb























