Naxçıvanda üç şirkətə İxrac Təşviqi Sənədi verilib
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yerli ixracatçıların stimullaşdırılması məqsədilə üç şirkətə ümumi dəyəri 119 min manatdan çox olan İxrac Təşviqi Sənədi verib.
Məlumata görə, bunu nаzir Tapdıq Əliyev iş adamlarının iştirakı ilə keçirilən tədbirdə bildirib.
Bundan başqa, onun sözlərinə görə, 2016-2023-cü illərdə 18 sahibkarlıq subyektinin 24 layihəsinə verilmiş İnvestisiya Təşviqi Sənədi çərçivəsində idxal edilən 77 milyon manatdan çox dəyərdə avadanlıqlara gömrük və vergi güzəştləri tətbiq edilib.
"Naxçıvanda istehsal olunan məhsulların - vafli məmulatları, peçenyelər, mineral sular, üzüm, araq, siqaret, travertin, mərmər, mebel, gipsolit karton lövhə, dolğu tozu, sement və məsaməli beton blokların 9 ölkəyə (Türkiyə, Rusiya, Gürcüstan, İran, İraq, Ukrayna, BƏƏ, Əfqanıstan və Yəmən) ixrac olunması məqsədilə bu il yerli “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC 247 mənşə sertifikatı verib. Müasir mərhələdə Naxçıvanda aqrar-sənayenin inkişafı həm daxili ehtiyacların ödənilməsinə, həm də ixracın genişləndirilməsinə yönəldilib. Bu gün ölkəmiz “Made in Azerbaijan” milli brendini xarici bazarlarda fəal tanıtmaqla ixrac coğrafiyasını genişləndirməkdədir. Qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslər üçün ixrac təşviqlərinin tətbiqi bu məhsulların daxili istehsalını və ixracını xeyli artırıb. Məhz bu məqsədlə “Orqanik Naxçıvan” Publik Hüquqi Şəxsi yaradılıb. Bu brend adı altında Naxçıvanın orqanik məhsulları ölkə daxilində və xaricində satılacaq. Bundan əlavə, idxalı əvəzetmə potensialından rasional istifadə, ərzaq təhlükəsizliyinin təmin edilməsi və ixrac potensialının artırılması üçün aqroparkların yaradılması işləri də davam etdirilir”, - deyə nazir əlavə edib.
© “Report”
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
- 8 d. əvvəl
-
- 22 d. əvvəl
- 25 d. əvvəl
-
1 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
-
3 saat əvvəl
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
Ən çox oxunanlar
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"
AzVak-da yeni iş elanları - SİYAHI
İyunun 13-də gözlənilən hava şəraiti
























