ABB mobile istifadəçilərinin və tətbiqdə qeydiyyatdan keçənlərin sayı açıqlanıb
ABB mobile istifadəçilərinin sayı yarım milyon aktiv istifadəçini (521 000) ötüb və bu göstərici bizi hədəfimizə yaxınlaşdırır. Bundan əlavə, 1 milyona yaxın insan tətbiqdə qeydiyyatdan keçmişdir.
Marja.az xəbər verir ki, bu, ABB 2022-ci il üzrə Dayanıqlı İnkişaf Hesabatında bildirilir.
Aşağıda tətbiqin istifadəçi dinamikası əks olunub:
31.12.2020
Aktiv ABB mobile istifadəçiləri: 81 min
Yeni qeydiyyatdan keçmiş ABB mobile istifadəçiləri: 236 min
31.12.2021
Aktiv ABB mobile istifadəçiləri: 367 min
Yeni qeydiyyatdan keçmiş ABB mobile istifadəçiləri: 548 min
31.12.2022
Aktiv ABB mobile istifadəçiləri: 521 min
Yeni qeydiyyatdan keçmiş ABB mobile istifadəçiləri: 448 min
Hesabatda qeyd edilib ki, 2022-ci il bütün ABB miqyasında transformasiya ili kimi yadda qalıb.
Tansformasiya nəticəsində ABB nağdsız əməliyyatların 30%-ni, istehlak kreditlərinin alınmasının 18%-ni rəqəmsal müstəviyə keçirib.
Ötən dövr ərzində ABB mobile tətbiqimizdə əlavə təkmilləşdirmələrə böyük sərmayələr yatırıb:
"Bütün təkmilləşdirmə təşəbbüsləri ABB-nin öz peşəkar daxili komandaları tərəfindən müstəqil şəkildə həyata keçirilib. ABB mobileın idarə edilməsində üçüncü tərəflərdən asılılığın aradan qaldırılması daha effektiv nəzarətə və yaranan problemlərin çevik şəkildə aradan qaldırılmasına imkan verir. Bu təcrübə Agile yanaşmanın ABB üçün effektiv və müştəriyönümlü olduğunu sübuta yetirir.
Davamlı təkmilləşdirmə işlərini və müştəri məmnuniyyətini təmin etməkdən ötrü biz müntəzəm olaraq ABB mobile istifadəçiləri arasında keçirilən qısa sorğular vasitəsilə müştəri rəylərini toplayırıq. Həm Android, həm iOS istifadəçiləri üçün uyğun rəqəmsal bankçılıq həlli olan ABB mobile tətbiqi müştərilərə hesablarının müntəzəm şəkildə idarə edilməsi, köçürmələr, ödənişlər, müxtəlif kredit, kart, sığorta məhsullarının əldə olunması, investisiya fəaliyyəti və s. imkanlar yaradır".
Qeyd edilib ki, ABB-nin 2023-2025-ci illər üzrə İnkişaf Strategiyası rəqəmsallaşmanın sürətləndirilməsinə, müştəriyönümlülüyün artırılmasına, yeni imkanların dəyərləndirilməsinə, təşkilat daxilində innovasiyaların təşviqinə, qabaqcıl analitika və datadan geniş istifadəyə yönəlib.
Hesabatla buradan tanış ola bilərsiniz
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 4 d. əvvəl
-
-
7 d. əvvəl
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
-
29 d. əvvəl
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
-
1 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
Azərbaycandan Gürcüstana səfərlər 33%-dən çox artıb
Turanbank böyüyüb, əməliyyat gəlirləri artıb
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
Ən çox oxunanlar
2025-ci ildə Azərbaycan bankları nə qədər qazanıb? - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
22 bank mənfəət açıqladı - SİYAHI
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub


















